Accessibility links

Həmid Azəri: İşini itirən soydaşlarımıza hər cür yardım göstərməyə çalışırıq


Həmid Azəri: İşini itirən soydaşlarımıza hər cür yardım göstərməyə çalışırıq
please wait

No media source currently available

0:00 0:17:09 0:00

Son iki həftə ərzində Amerika Birləşmiş Ştatlarında işsizliyə görə daha 6.6 milyon insan müavinət üçün müraciət edib. Beləliklə, koronavirus epidemiyası ilə əlaqədar karantinə görə bizneslərin bağlanması nəticəsində 16 milyondan çox iş yerinin itirildiyi bildirilir. ABŞ-da epidemiyanın ən çox yayıldığı ştatlardan biri olan Kaliforniyanın San Fransisko bölgəsində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə şəhər və onun ətraf bölgələrində işini itirmiş azərbaycanlılara maliyyə və başqa yardım göstərilir. Mərkəzin rəhbəri Həmid Azəri bölgədə biznes, xidmət və başqa sahələrdə çalışan çox sayda azərbaycanlının işini itirdiyini və yardım üçün müraciət etdiyini bildirib. O, Amerikanın Səsinə müsahibəsində soydaşlara yardım aksiyası haqda danışıb.

XS
SM
MD
LG