Accessibility links

İspaniyada bizneslər açılmağa başlasa da, çətinliklər qalmaqdadır


İspaniyada bizneslər açılmağa başlasa da, çətinliklər qalmaqdadır
please wait

No media source currently available

0:00 0:01:57 0:00

İspaniyada bizneslər açılmağa başlasa da, çətinliklər qalmaqdadır

İspaniya pandemiyadan ən çox əziyyət çəkən ölkələrdən biri olsa da, artıq bu həftə koronavirus səbəbi ilə ölümlərin gündəlik sayının azaldığı müşahidə olunur. Bu, həftələrdir iflic vəziyyətində olan məhdud sayda bizneslərin yenidən açılmasına imkan verir. Biznes sahibləri yenidən açılmaqdan xoşbəxt olsalar da, itkilərinin artdığını görməyə davam edirlər və belə görünür ki, normal günlər hələ uzaqdadır.

İspaniyanın bir çox tanınmış barları və kafeləri bağlı olaraq qalır, açıq olanların isə çətinlikləri kifayət qədərdir. Katerer Antonela Volpe atasının restoranının iş modelini tez bir zamanda dəyişdirməli olub.

"Biz yalnız gəl-götür xidməti ilə çalışa bilərik və sonra yeni bir restorana başlayırmış kimi yeməklər hazırlayırıq; Menyular, qablaşdırma - hər şeydən danışırıq. Ağlımızda min fikir var. Bütün bunlara əlavə olaraq atamızı bura gətirməyə çalışırıq” - deyə, restoran sahibi Antonela Volpe bildirib.

Bir çox transatlantik uçuşlar dayandırıldığı üçün Argentinada ilişib qalan restoran sahibi və aşpaz Daniel özü haqda bu videonu çəkib.

"27 marta əvvəlcədən planlaşdırılan bir uçuşum var idi və ayın 22-də onu ləğv etdilər" - deyə, Daniel qeyd edib.

İspaniyanın Xarici İşlər Nazirliyinin rəsmiləri bir sıra evakuasiya uçuşları təşkil etdilər, lakin bundan sonra uçuşların olmayacağını bildirdilər. İspaniya səfirliklərində və konsulluqlarında etirazlar göstərir ki, Daniel kimi çoxları olduqları yerdə qalmalı olub.

"Səfirlikdə Argentinada qapalı qalan bütün sakinlərin və ispanların siyahısı var idi. Bu qeyd artıq saxlanılmır. O yoxa çıxdı" - deyə, o vurğulayıb.

Daniel biznesini xilas etmək üçün qarşıdakı iki ay yarım müüdətində qayıda biləcəyinə ümid edir. O, hökuməti evinə qayıda bilməyən insanları uçuşla təmin etməyə çağırır.

"Liderlər okeanın hansı tərəfində olmalarından asılı olmayaraq bütün vətəndaşlara kömək etməli və bu məsələni həll etməlidir" - deyə, Daniel Volpe bildirib.

Dünyadakı digər hökumətlər kimi İspaniya da müəssisələrə yardım paketləri təklif edir. Daniel deyir ki, restoranın vergilərin təxirə salınması və kredit verilməsindən daha çox şeylərə ehtiyacı var. Ona burada ehtiyac var.

XS
SM
MD
LG