Accessibility links

Türkiyədə suriyalı qaçqınlar koronavirus səbəbilə əziyyət çəkir


Türkiyədə suriyalı qaçqınlar koronavirus səbəbilə əziyyət çəkir
please wait

No media source currently available

0:00 0:02:09 0:00

Türkiyənin cənub sərhədində yerləşən Şanlıurfada minlərlə suriyalı qaçqın yaşayır. Koronavirus pandemiyası şəhərin miqrantlarına böyük təsir göstərib, iş yerləri bağlanıb və onlara yardım etmək üçün çox az pul ayırılıb.

Türkiyənin Şanlıurfa şəhəri Suriyadan bir saat uzaqlıqda yerləşir. Şəhərdə Suriyadan qaçaraq sərhədi keçən 400 min qaçqın yaşayır. Onlar şəhər əhalisinin 20 faizini təşkil edir.

Şəhərdəki resurslar onsuz da məhdud idi. İndi isə koronavirus pandemiyası bir çox qaçqını yoxsulluğa qərq edib.

Keçmiş müəllim Şihad Bin Əli iş tapmaqda çətinlik çəkir.

“Heç kəs işləmir. Allah bu virusu yox eləsin. Biz çox çətin vəziyyətdə yaşayırıq. Suriyalıların çoxu günəmuzd çalışırdılar və bu virus səbəbilə insanların çoxu ciddi problemlərlə üzləşirlər,” o deyir.

Qaçqınların iş üçün başqa şəhərlərə getməsi qadağandır. Onların çoxu qeyri-qanuni işlərdə işlədikləri üçün işəgötürənlərdən heç bir yardım almırlar.

Türkiyə höküməti vətəndaşlarını maddi dəstəklə təmin edir. Onlara aylıq 140 dollar pul və kredit imkanları verilir. Amma qaçqınlara bu yardım düşmür.

Abdullah Uda Şanlıurfaya Suriyanın Homs şəhərindən gəlib.

“Çox insan karantindədir. İş yoxdur, gənclər əvvəllər işləyirdilər, amma artıq iş yoxdur. Bu vəziyyətdə insanların ehtiyacı yaranıb, onların yemək almağa pulları yoxdur. Biz dua edirik ki, Allah bu virusa son qoysun,” o bildirir.

Qismən Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Türkiyə Qırmızı Aypara Cəmiyyəti qaçqınlara içinə nağd pul yerləşdirilmiş kartlar verir. Lakin bu pul ayda 130 lirəyə yəni 17 dollara bərabərdir.

“İşıq pulu 400 lirədir, su pulu 150, evin kirayə haqqı isə 1100 lirədir. Bu pul bizə yetmir,” suriyalı qaçqın Yasim deyir.

Şanlıurfanın Suriya ilə sərhədi inşaatı bitməyən yaşayış binaları ilə doludur. Bu isə Şanlıurfanın sürətlə böyüdüyünə işarədir.

Miqrantların çoxu illərdir burada yaşayır. Onlar ölkələrindəki müharibədən qaçaraq yeni həyat axtarışında Türkiyəyə gəliblər. Lakin iş yerləri və yardım olmadan bu suriyalı qaçqınlar üçün gələcək qeyri-müəyyəndir.

Şərhlərə bax

XS
SM
MD
LG