Accessibility links

ABŞ-ın cənub bölgəsinin sakinləri tufanların gəlişinə hazırlaşır


Kuba və Yamaykadakı insanlar gecə içərisində tropik qasırğa Lauranın təsirinə məruz qaldığı bir vaxt ABŞ-ın körfəz sahilləri boyunca yaşayan sakinlər güclü yağış, külək və daşqın təhlükəsi ilə müşayiət olunan iki tufanın gəlişinə hazırlaşır.

ABŞ Milli Qasırğalar Mərkəzi Lauranın qasırğa halına çərşənbə axşamına qədər çatacağını gözlədiyini, gözlənilən yağışların, Haiti, Yamayka və Kubanın qərbində 10-20 santimetr arasında olacağını deyib.

Tufan episentrinin bazar ertəsi günortadan sonra Kubanın cənub sahili boyunca irəliləməsi və daha sonra çərşənbə axşamı ABŞ-ın quru hissəsinə gedən Meksika körfəzinə girməsi gözlənilir.

Laura Dominikan Respublikasında 100 mindən çox insanın elektrik enerjisi və təmiz suyunu kəsib, və Dominikanla Haitidə ən azı 11 nəfəri öldürüb.

Sinoptiklərin son hesablamalarına görə, tufan potensial olaraq ABŞ-ın quru hissəsində Texas ya da Luizianaya da daxil ola bilər və Luiziana qubernatoru ardıcıl olaraq iki tufan təhlükəsi, xüsusən daşqınlar barədə xəbərdarlıq edib.

Marko tropik tufanının bazar ertəsi günortadan sonra Luiziana sahilinə yaxınlaşacağı gözlənilir və sinoptiklər fırtınanın çərşənbə axşamı gün ərzində sahil boyunca dönə və hərəkət edə biləcəyini söyləyib.

Sahil ərazilərində 7 ilə 13 santimetr, bəzi yerlərdə isə 25 santimetr miqdarında yağış yağacağı gözlənilir.

ABŞ Prezidenti Donald Tramp artıq həm Luiziana, həm də qonşu Mississippi üçün hökumətin cavab tədbirlərini sürətləndirmək üçün fəlakət elanlarını təsdiqləyib.

Fırtına saatları və xəbərdarlıqları səbəbindən Florida Keys də daxil olmaqla Luiziana, Missisipi və Alabama ştatlarında bəzi icmaların rəsmiləri məcburi evakuasiya əmrləri verib.

XS
SM
MD
LG