Accessibility links

Latın Amerika icmalarının ABŞ prezident seçkilərində rolu artır


Latın amerikalı icmaların ABŞ prezident seçkilərində rolu artır
please wait

No media source currently available

0:00 0:03:10 0:00

Prezidentliyə Demokrat namizəd Co Bayden çərşənbə axşamı Latın Amerikası əsilli vətəndaşların səslərini qazanmaq üçün həlledici mübarizə ştatı hesab olunan Floridaya yola düşüb. Amerikanın Səsi xəbər verir ki, ölkə üzrə Latın amerikalı seçicilər Trampla müqayisədə Baydenə üstünlük verirlər, lakin son rəy sorğuları Baydenin üstünlüyünün azaldığını göstərir. Kuba və Venesuela ilə bağlı sərt siyasəti səbəbiylə Trampın Floridada azca üstünlüyü var.

Prezidentliyə Demokrat namizəd Co Bayden çərşənbə axşamı artan Puerto-Riko əhalisindən səs və dəstək istəmək üçün Floridanın mərkəzinə gedib.

"İspandilli icma, Latin amerikalıları icması heç vaxt olmadığı qədər bu ölkənin taleyini öz əllərində saxlayır" - deyə, Demokrat prezidentliyə namizəd Co Bayden bildirib.

Təxminən bir əsrdir ki, prezidentliyə heç bir Respublikaçı namizəd Latın amerikalıların seçicilərin 25%-ini təşkil etdiyi Floridanın səsini qazanmadan qələbəni qeyd edə bilməyib.

2016-cı il seçkilərində Tramp bu həlledici ştatda səsələrin yalnız 1,2%-ni əldə etmişdi. Baxmayaraq ki, o zaman Demokrat namizəd Hillari Klinton Latin amerikalıların səslərini qazanmışdı.

Bu il Floridadakı sorğular Tramp və Baydenin bərabər olduğunu göstərir, lakin bu dəfə Latin amerikalı seçicilər üstünlüyü Trampa verir.

Ümummilli sorğular Latın amerikalı seçicilər arasında Baydenin Tramp üzərində üstünlüyünün 30%-dən 9%-ə düşdüyünü göstərir.

Bazar ertəsi günü Nevadada Latin amerikalı tərəfdarlar ilə görüşən prezident sorğu nəticələrini kampaniyasının açıq qələbəsi kimi şərh edib.

"Demək istəyirəm ki, bu, yaxşıdır. Bilirsiniz, sorğuların hamısı bunu deyir, siz də bilirsiniz. Bunu bir respublikaçı olaraq, respublikaçılar bəlkə də olmalı olduqları qədər yaxşı deyillər və böyük ehtimalla bəziləri heç olmamalıdırlar da. Amma sorğular geri döndü və biz 'Yuxulu Co'nu az da olsa qabaqlayırıq" - deyə, ABŞ prezidenti Donald Tramp qeyd edib.

Latın amerikalılara müraciət edən Bayden Trampın məhdudlaşdırıcı immiqrasiya siyasətini tənqid edib və İspandilli işçilərə, xüsusən koronavirus pandemiyası dövründə zəruri xidmətlərdə çalışanların maaşların artırılmasına və kömək edilməsinə çağırış edib.

“Biz onlardan asılıyıq və bir çox insan həqiqətən zəruri olduqları üçün ilk dəfə tanınır. Onlara yalnız təşəkkür etməməliyik, ödəməliyik” - deyə, Demokrat prezidentliyə namizəd Co Bayden bildirib.

Prezidentin Floridadakı Latin amerikalı dəstəyi Trampın sabiq prezident Barak Obamanın kommunist Kubaya münasibətini azaltmasını və onun Venesuela sosialist lideri Nikolas Maduronu hakimiyyətdən getməsini məcbur etməsini istəməsini dəstəkləyən Mayamidəki Kuba amerikalılarından gəlir.

Trampın Baydenə sosialist kimi hücumlarının 1959-cu il inqilabından sonra adadan qaçan yaşlı kubalılarda da rezonans doğurduğu bildirilir.

Bu arada, mütərəqqi fəallar Baydeni iqtisadi və irqi bərabərsizlik kimi daxili məsələlərə daha çox diqqət ayıran gənc Latın amerikalı seçicilərə müraciət etməyə çağırır.

"Səs vermək üçün qeydiyyatdan keçmiş, atalarından və ya nənələrindən daha mütərəqqi olan bir çox yeni Latın amerikalı gənc, gənc kubalılar var" - deyə, sabiq prezidentliyə namizəd Berni Sandersin müşaviri Çak Roxa bildirib.

Seçkilərə iki aydan az bir müddət qaldığı bir vaxt Baydenin kampaniyası Florida ştatındakı Latın amerikalı seçiciləri geri qazanmağa yeni cəhdlər edir.

Ötən həftə Demokratlar Partiyasından vitse-prezidentliyə namizəd Kamala Harris Floridadakı Venesuela icmasını ziyarət edib və Demokratların keçmiş əsas rəqibi Maykl Blumberq Latın amerikalı seçicilər də daxil edilməklə, ştatda Baydenə dəstəyi artırmaq üçün Floridada 100 milyon dollar xərcləməyə söz verib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG