Accessibility links

İzmirdə zəlzələ nəticəsində ölənlərin sayı 28-ə çatıb


Türkiyədə xilasedicilər şənbə günü İzmirin Bayraklı rayonundan zəlzələ nəticəsində dağılan binanın altından yeni bir cəsəd çıxarıblar.

Cümə günü səhər saatlarında Türkiyənin üçüncü ən böyük şəhəri İzmir və yaxınlıqdak; yunan adasında baş verən zəlzələ nəticəsində azı 28 nəfər həyatını itirib, 800-dən çox insan yaralanıb.

İstanbulda qərargahlanan Kandilli Rəsədxanası və Zəlzələ Araşdırma İnstitutu ən böyük ziyanın İzmirə dəydiyini bildirib.

İzmirin qubernatoru Yavuz Selim Kosger deyib ki, dörd binanın və 10-dan çox başqa quruluşun altından azı 70 nəfər çıxarılıb.

Zəlzələ nəticəsində 4 milyon əhalisi olan İzmirdə insanlar panika içində küçələrə axışıblar.

Avropa-Aralıq Dənizi Seismologiya Mərkəzi zəlzələnin 6.9 bal gücündə olduğunu, episentrinin isə Samosdan 13 kilometr şimal-şərqdə, Türkiyə sahilindən 32 kilometr uzaqda olduğunu bildirib.

ABŞ-ın Geoloji Araşdırmalar Mərkəzi zəlzələnin 7.0 bal gücundə olduğunu xəbər verib.

Yeraltı təkan nəticəsində İzmirin Seferihisar rayonu su ilə dolub.

Yunanıstanın yaxınlıqdankı Samos adasında divarın çökdüyü yerdə bir yeniyetmə oğlanın və bir qızın cəsədləri tapılıb.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan xilasetmə səylərinə yardım məqsədilə bütün imkanlardan istifadə olunacağını bildirib.

İzmir sakinlərinin çoxu təhlükəsizlik səbəbilə gecəni parklarda, açıq ərazilərdə və ya maşınlarında keçirib. Ehtiyacı olanları yeməklə təmin etmək məqsədilə çorba mətbəxləri quraşdırılıb.

Yunanıstanın baş naziri Kiriakos Mitsotakis Ərdoğana başsağlığını çatdırıb. Zəlzələ iki ölkə arasında dənizdəki ərazi üzərində gərginliyin olduğu vaxta təsadüf edib. Lakin Mitsotakis “Fikir ayrılıqlarımıza baxmayaraq,bu, xalqlarımız arasında birliyin olmalı olduğunu zamandır” deyə tvit atıb.

Ərdoğan Mitsotakisə təşəkkür edib və Yunanıstana yardım təklif edib və “ Onlar üçün edə biləcəyimiz nə isə varsa, biz Yunanıstanın yanında olacağıq” deyib.

Türkiyədə güclü zəlzələlər qeyri-adi bir hal olmadığı üçün, onlar xilasetmə işlərində byük təcrübəyə malikdirlər.

İstanbul yaxınlığında yerləşən İzmit şəhərində 1999-cu ildə baş verən zəlzələ nəticəsində azı 17,000 insan həyatını itirmişdi. Onların çoxu dağılan binaların altında qalmışdı.

Həmin zəlzələdən bəri ölkədə ciddi tikinti qaydaları, habelə köhnə quruluşların güclədnirilməsi üçün yeni proqram təqdim olunub.

XS
SM
MD
LG