Accessibility links

Şükran Günü və artan yoluxmalar


Şükran Günü və artan yoluxmalar
please wait

No media source currently available

0:00 0:02:47 0:00

Xəstəliklərə Nəzarət Mərkəzinin evdə qalma xəbərdarlığına baxmayaraq, milyonlarla amerikalı bu il Şükran bayramını ailəsi və dostları ilə keçirmək üçün səfərlərə başlayıb.

Cümə axşamı ABŞ-da Şükran Günüdür və milyonlarla amerikalı ölkənin qabaqcıl həkimlərinin və Xəstəliklərə Nəzarət Mərkəzinin evdə qalma xəbərdarlığına baxmayaraq, yaxınları ilə vaxt keçirmək üçün hava limanlarına, qatar stansiyalarına, yollara üz tuturlar. Ancaq bir çoxları bu tövsiyələrə qulaq asmırlar.

"12 ildir ailəliklə şükranlığı qeyd etmirik, indi uçuşlar daha ucuzdur və mən artıq COVID-i keçirmişəm, ona görə də "əla, harasa gedə bilərəm" dedim" - deyə, səyahət edən Bekka Yazin bildirib.

Mütəxəssislər bunun immunitetə zəmanət vermədiyini deyir. Bəziləri bir dəfədən daha çox yoluxub.

Tələbələr kollecdən bayrama ya da daha uzun müddətə evlərinə qayıdırlar.

Vil Meysonun oxuduğu kollec əyani dərslərini dayandırdıb. "Məncə, orada seçimim qalmayıb" - deyə, o qeyd edib.

Yoluxucu xəstəlik mütəxəssisləri məyusdur.

"İlin bu vaxtında bu istəyi başa düşürəm. Çox çətin bir il keçirdik və bayram vaxtı gəldi və dostların, ailənin yanında olmaq istəyirik, amma evdə qalmaq çox vacibdir" - deyə, həkim Katerin Ley bildirib.

Ley kimi həkimlər artan yoluxmalara kökləniblər: "Hər gün yeni bir rekord deməkdir. Bu, heç ürəkaçan deyil".

Hava limanlarında, magistrallarda istirahət dayanacaqlarında və qatar stansiyalarında 2 metr məsafə saxlamaq üçün CDC qaydalarına riayət etmək çətindir.

Ley mümkünsə açıq havada yeməyi tövsiyə edir. Evdə pəncərələri açıq saxlamaq lazımdır. Restoranlarda sıxlıqdan, məkanlarda növbədə durmaqdan çəkinmək lazımdır.

"İndi diqqət yetirməli olduğumuz əsas ötürülmə yolu tənəffüs damcılarıdır, bu səbəbdən də maska taxmalısınız, zəhmət olmasa maska taxın, hər kəs maska taxsın və sosial məsafəni qorusun" - deyə, həkim Katerin Ley bildirib.

Daha da pis xəbər: milyonlarla amerikalı Şükran günündən sonra həftəsonu səyahət edəcək. Onlar ya evə gedərkən ya da oraya çatdıqda virusa yoluxma və ya yoluxdurma riski daşıyırlar.

İctimiai səhiyyə mütəxəssisləri təşviş içərisindədir.

"Qarşımızda dəhşətli 2-3 həftə var. Davranışlarımızda və siyasətimizdə dəyişiklik etməsək, bundan sonrakı üç həftə daha ağır olacaq" deyə, Arizona Universitetindən Co Gerald qeyd edib.

Mütəxəssislər ABŞ-da yoluxmaların Milad və Yeni il bayramlarından bir qədər əvvəl Şükran günü qeyd etmələri səbəbindən yüksələcəyini gözləyirlər. Digər bayramlar yaxınlaşdıqca bu, dünyanın qalan hissələrinin də diqqətlə izlənməli olan bir məsələdir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG