Accessibility links

Şimal-qərb keçidinə tarixi səyahət


Şimal-qərb keçidinə tarixi səyahət
please wait

No media source currently available

0:00 0:02:53 0:00

İki cənubi afrikalı tibb işçisi qayıqla riskli 4000 km-lik Arktik şimal-qərb keçidindən səyahətin məşqini edərkən tibbi ləvazimatları kürəyə dəyişir. Əgər 14 nəfərlik komanda Kanadanın şimalından Alyaskaya səyahəti başa vurarsa, onlar tarix yazacaq. Çünki buna qədər buzlu sularda avarçəkmə cəhdləri uğursuzluqla nəticələnib.

Şimal-qərb keçidini avarçəkənli qayıqla keçmək üçün bir neçə dəfə cəhd göstərilsə də, heç biri alınmayıb.

İki Cənubi afrikalı həkimin də daxil olduğu 14 nəfərlik bir komanda gələn ilə planlaşdırılan cəhdləri ilə tarix yazmaq üçün məşqlər edir.

"Oradakı keçidi heç kim fəth etməyib. Okean sizə keçməyə imkan verir. Və burada çox əhəmiyyətli bir fərq var. Bəxtimiz gətirsə, Şimal-Qərb keçidindən keçərək, Kanadanın sağ üst küncündəki Pond körfəzindən Alyaskanın sol üst küncünə - Barrov nöqtəsi adlanan yerə keçəcəyik" - deyə, şimal-qərb keçidinin ekspedisiya rəhbəri Leven Braun bildirib.

Keçmiş onilliklərdə buzlu Arktika sularında səyahət etmək yalnız böyük gəmilər sayəsində mümkün idi.

Yay buzlarının azalması komandanın keçiddə avar çəkməsinə imkan verəcək

... amma səyahət yenə də fiziki və zehni bir problem olacaq.

"Orada, elementlərdə, mahiyyətcə öz başımıza olacağıq və düşünürəm ki, müəyyən bir müddətdən sonra təkrarlanan avarçəkmə - açmaq və qapamaq, bu, həftələrlə davam edəcək. Zehnimdəki təzyiq ən böyük problem ola bilər. Buna qalib gəlməliyəm, buna görə əsas qorxum özümlə qarşılaşma olacaq” – deyə, Cənubi Afrikadan olan həkim Daniel Lobcoyt bildirib.

Səfər boyunca qrup iqlim dəyişikliyi və vəhşi təbiətə dair məlumat toplamaq üçün elmi vasitələrdən istifadə edəcək.

"Biz Şimal-Qərb keçidindən keçən ilk müasir ekspedisiya olacağımıza və ətraf mühitlə, iqlimlə nələrin baş verdiyini vurğulayacağımıza ümid edirik. Bu, illər öncə mümkün olmayan bir ekspedisiya növüdür" - deyə, Şimal-Qərb keçidinin ekspedisiya rəhbəri Leven Braun qeyd edib.

Keçiddə qayıqla səyahətin uğursuz cəhdlərinin tarixçəsinə baxmayaraq, komanda qış buzları qayıtmadan öncə iki ay ərzində səfəri bitirməyə ümid edir.

"Bundan əvvəl də 2013-cü ildə Şimal-qərb keçidində avarçəkmə cəhdləri olmuşdu, ancaq buz tutduqları üçün uğursuz oldular. Buna görə ümid edirəm ki, buzlar işimizi bitirməyimiz üçün kifayət qədər geri qalacaq və ilk növbədə ön sıralarda olacağıq - deyə, ekspedisiya üzvü Daniel Kritzinger bildirib.

Yeri gəlmişkən, komanda hazırlıqlarına kömək etmək üçün başqa bir ekspedisiyaya başlayacaq.

Komanda iyun ayında Britaniyanın Nyukasl ərazisindən Orkney adalarına yola çıxacaq. Bu, Arktik Şimal-Qərb keçidindən daha uzundur.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG