Accessibility links

Bayden deyir ki, amerikalılar nifrətə qarşı çıxmalıdırlar


ABŞ Prezidenti Co Bayden bu həftə Atlanta yaxınlığında altı asiyalı amerikalı qadın daxil olmaqla səkkiz nəfərin qətlini müzakirə etmək üçün asiyalı amerikalı liderlərlə görüşü zamanı deyib ki, “Amerikada nifrətə yer yoxdur.”

“Amerikada bizi bir araya gətirməli olan təməl dəyərlər və inanclar var. Bunlardan biri nifrətə qarşı çıxmaqdır,” Bayden Atlanta şəhərində Emori Universitetində çıxışı zamanı bildirib.

Bayden cümə günü ABŞ-da Asiya mənşəli insanlarına nifrət zəminində cinayətlərin hədəfinə çevrildiyi silahlı atışma və başqa insidentləri müzakirə etmək üçün vitse-prezident Kamala Harrislə birlikdə ABŞ-ın cənum-şərqində yerləşən Corciya ştatına səfər edib.

Corciya rəsmiləri hələ ki, masaj salonlarına edilən hücumları nifrət cinayəti olaraq dəyərləndirməyib, çünki şübhəli şəxs hücumların onun seksual problemlərinin nəticəsi olduğunu deyib.

“Hücumun məqsədindən asılı olmayaraq biz bilirik ki, çox sayda asiyalı amerikalı küçədə narahat şəkildə gəzir,” Bayden deyib.

O söyləyib ki, cümə günü asiyalı amerikalı icmanın liderləri ilə görüş zamanı onların zorakılıq qorxusu içində yaşamağı müzakirə etmələrini dinləmək “ürək sıxırdı.”

Qaradərili və Cənubi Asiya mənşəli Harris isə görüşdən sonra “Amerikada irqçilik realdır. Və həmişə də belə olub. Ksenofobiya Amerikada realdır və həmişə belə olub. Eynilə seksizm də,” deyib.

Bayden deyib ki, nifrətə qarşı olmaqla yanaşı, amerikalı bir aray gətirən bir digər məsələ elmə inanc olmalıdır. O qeyd edib ki, ABŞ Baydenin vəzifədəki 100-cü gününə qədər amerikalılara 100 milyon doza koronavirus vaksni vurmaq məqsədinə bir ay tez çatıb.

Prezident amerikalılara xəbərdarlıq edib ki, pandemiya koronavirusun yeni variantları səbəbilə pisləşə bilər, amma ölkə elmin irəli sürdüyü həll yolları vasitəsilə bu virusu məğlub edəcək.

Bundan əvvəl isə Prezident və Vitse-Prezident cümə günü Xəsətliklərə Nəzarət və Profilaktika Mərkəzində (CDC) qurumun rəsmiləri ilə görüşüblər və onlarında ABŞ-ın COVID-19 pandemiyası ilə mübarisəsi ilə bağlı yeni məlumatları alıblar.

Bayden CD heyətinə deyib ki, onlar pandemiyaya qarşı müharibədə vuruşan əsgərdirlər.

“Sizin etdikləriniz çox mühümdür”o deyib və qeyd edib ki, CDC işçiləri təkcə həyat xilas etmirlər, həm də ölkədəki düşüncə tərzini dəyişirlər.

“Bura Amerika Birləşmiş Ştatlarıdır. Bizim birlikdə edə bilmədiyimiz heç nə yoxdur,” Prezident bildirib.

Harris isə CDC işçilərinin “bütün dünyaya nümunə”olduqlarını söyləyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG