Accessibility links

Ekspertlər: Tükiyənin vaksin baxımından Çinə etibar etməsi baha başa gələ bilər


Ekspertlər: Tükiyənin vaksin baxımından Çinə etibar etməsi baha başa gələ bilər
please wait

No media source currently available

0:00 0:03:11 0:00

Türkiyənin artan COVID-19 infeksiyaları qarşısında yeni məhdudiyyətlər elan etməsi ilə Ankaranın demək olar ki, yalnız Çin peyvəndlərinə etibar etmək qərarına diqqətləri çəkir. Bu tədarüklərin dəfələrlə təxirə salınması ilə Pekinin peyvəndlərdən istifadə edərək təzyiqlərini artırmaq istəyinə dair şübhələri artırıb.

Türkiyə yerli qayğı mərkəzləri və kompüter tətbiqlərinin birləşməsindən istifadə etməklə COVID-19 vaksinlərini əldə etməyə tələsir. Artıq 60 yaş və yuxarı insanlara vaksinlər vurulur, lakin ölkəndə peyvəndlər tükənməkdədir.

Bunun səbəbi Çinin Türkiyənin demək olar ki, etibar etdiyi peyvəndlərin verilməsini dəfələrlə təxirə salmasıdır.

“Türkiyə tamamilə Çin peyvəndlərindən asılıdır. ÜST qrupuna üzv olmadığı üçün prioritet siyahıda yer almır. Və bu, satın almalıyam deməkdir. Çin növbəti turu təxirə sala bilər, buna görə düşünürəm ki, bu, bir təsir vasitəsidir” - deyə, SianTzaotun-Liverpul Universitetindən Ceren Ergenc bildirib.

Türkiyə noyabr ayında 100 milyon doza Sinovac COVID peyvəndi almaq üçün Çinlə bir müqavilə imzalayıb. Bu yaxınlarda Çinin xarici işlər naziri ilə görüşən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çatdırılma məsələsini gündəmə gətirərək, Türkiyənin hələ fevral ayında 50 milyon peyvənd çatdırılmasını gözlədiyini deyib. Gecikmə Pekinin Türkiyədə yaşayan uyğur müxaliflərini ekstradisiya edilməsi üçün Ankaraya təzyiq üçün peyvəndlərdən istifadə etdiyi şübhələrini artırır.

“Türkiyədəki əsas sual niyə Çin peyvəndi aldığımızdır, belə ki, qərb şirkətləri daha yaxındır. Bütün Avropa qonşularımız bu peyvəndləri və ya bu markaları alırlar. Niyə biz bunu seçirik? Çətin bir satış idi. Demək istədiyim odur ki, Türkiyə Çinlə bağlı ənənəvi olaraq xoşagəlməz fikirlər söylənilən bir ölkədir” - deyə, Marmara Universitetindən Cağdaş Üngör bildirib.

Ərdoğanın Rusiya Prezidenti Vladimir Putinlə yaxşı münasibətdə olduğunu nəzərə alınaraq, Rusiyanın niyə Sputnik V peyvəndini Türkiyəyə verməməsi suallar doğurur.

Mübahisələr Türkiyədə infeksiyaların artdığı bir vaxtda baş verir. Bu artım hökumətin mübahisəli bir şəkildə restoran və barların açılmasına icazə verməsi də daxil olmaqla, COVID məhdudiyyətlərini azaltdıqdan sonra baş verir. Ərdoğan hətta ölkə daxilində partiya qurultaylarını keçirib. Bu isə tənqidlər və nəticələr barədə qorxuları artırıb.

“İstanbul indi daha pis vəziyyətdədir. Səhiyyə işçiləri reanimasiyaların dolu olduğunu bildirir. Tibb işçiləri artıq dağılmış vəziyyətdədir. Bu isə səhiyyə sistemini çökdürə bilər” , Türk Tibb Fondunun rəhbəri Şebnem Fincançı deyib.

Ərdoğan məhdudiyyətlərin yenidən tətbiq ediləcəyini desə də, Türkiyənin həyati turizm mövsümünə hazır olacağını bildirib.

İnfeksiyalar sürətlə artmaqda davam etdiyi halda Çindən peyvəndlər hələ də gətirilməyib.

Müşahidəçilər Ankaranın Pekinə güvənməsinin təhlükəli və çox baha başa gələcək bir qumar oyunu hesab edirlər.

XS
SM
MD
LG