Accessibility links

Corc Floydun ölümündən sonra baş verən etirazlar ictimai və özəl sektorda dəyişikliklərə səbəb oldu


Corc Floydun ölümündən sonra baş verən etirazlar ictimai və özəl sektorda dəyişikliklərə səbəb oldu
please wait

No media source currently available

0:00 0:04:34 0:00

Mayın 25 Minneapolisdə qaradərili Corc Floydu öldürməsindən bir il ötdü. Bu ABŞ-da polis zorakılığı və sistemik irqçiliyə qarşı genişmiqyaslı etirazlara səbəb oldu və bu etirazlar ABŞ hökuməti və sənayelərində əks-səda yaratdı.

Corc Floydun ötən il polis tərəfindən saxlanılandan sonra öldürülməsinin ardınca Amerika küçələrində böyük etirazlar baş verdi. Hadisəyə reaksiya korporasiyaların idarə heyətlərində belə öz əksini tapdı. Amerikanın ən böyük şirkətləri həmrəylik nümayişi olaraq irqi ədalət məqsədi daşıyan təşəbbüslərə milyonlarla dollar pul ianə etdilər.

Castin Hansford Vaşinqtonda yerləşən Hovard Universitetində hüquq üzrə dərs keçir. O həmçinin Turgud Marşal Vətəndaş Hüquqları Mərkəzinə də başçılıq edir.

“Mən Amerika korporasiyalarından tarixən qaradərililərin oxuduğu kollec və unviersitərlərə, sosial ədalət təşkilatlarına, Qaraların Həyatı Mühümdür təşəbbüsünə real maddi yardım axının olduğunu gördüm. Onlar on milyonlarla dollar pul toplayıblar. Bu isə son yeddi ildə topladıqları ümumi puldan çoxdur,” Castin Hansdford deyr.

İdman dünyasında Amerika peşəkar futbol liqasının kommissarı oyunçuların irqliçilklə bağlı narahatlıqlarını daha əvvəl dinləmədiyinə görə üzr istəyib və növbəti on ildə bu problemin həllinə 250 milyon dollar ayırıb.

Pərakəndə satıcı Walmart növbəti beş ildə sistemik irqçiliyə qarşı mübarizəyə 100 milyon dollar ianə etməyi vəd edib.

Bu arada isə qazlı içki nəhəngi PepsiCo üzərində qara qadının şəkli təsvir olunan 132 illik Aunt Jemima pankek və sirop brendinə son qoyub. ABŞ şirkəti həmin personajın köklərinin “irqi stereotipə əsaslandığını” dərk etdiyi bildirib. Şirkət həmçinin “qara icmaları inkişaf etdirmək üçün” beş illik 400 milyon dollarlıq təşəbbüs başladıb.

Nyu Heyven Universitetinin Henri C. Li Cinayət Məhkəməsi və Ədliyyə Elmləri Kollecindən Robert Sandersin dediyinə görə, bütün bunlara baxmayaraq Amerikada hələ görüləcək çox iş var.

“Afrikalı-amerikalı icması və bizimlə empatiya quranlar üçün ən çətin şeylərdən biri odur ki, yaraları sağaltmaq üçün vaxtımız olmayıb. Bir qorxunc hadisədən bir başqasına keçid olub,” Sanders bildirib.

Hansfordun dediyinə görə, ötən ay sabiq Minneapolis polis zabiti Derek Çauvinin təqsirli bilinməsi tarixi bir an idi.

“Nəsillər boyu bir çoxumuz heç vaxt bir polis zabitinin qara bir insanı öldürməkdə təqsirli bilinməsini gözləməmişik. Mən Rodni Kinq və Treyvon Martinin məhkəməsi haqda düşünürdüm. Mən onlarda da eyni nəticəni gözləyirdim, yəni bəraət. Bu dəfə fərqli bir qərara o səbəb oldu ki, etirazlar münsiflər məhkəməsini elə maarifləndirdi ki, onlar polis zabitinin həmişə 100 faiz doğru olub-olmadığına dair həqiqətlər barədə daha çox məlumatlı oldular,” Hansford bildirir.

Sanders deyir ki, Floyd ölən zaman hadisə yerində olan digər polis zabitləri də cəzanaldırılmalıdır.

“Orada daha üç günahkar var idi. Müəyyən mənada onların qanunsuz hərəkətləri daha dəhşətlidir, çünki onlar gözlərinin önündə baş verən qətlə yardım edirdilər, baxmayaraq ki, ətrafdakı vətəndaşlar onları müdaxilə edib, buna son qoymağa çağırırdılar,” Sanders bildirir.

Həmin polis zabitləri məhkəmələrini gözləyirlər.

Bu arada isə ABŞ-ın baş prokuroru Merik Qarland bu yaxınlarda ABŞ-ın iki şəhərində polis idarlərində böyük təhqiqatlar başladıb. Bunlardan biri Floydun öldüyü şəhərdir.

“Onlar ölkəmizdə, polis idarələrimizdə baş verənlərlə bağlı faktları araşdırırlar. Mən ümid edirəm ki, Minneapolisdə və Breanna Teylorun öldürüldüyü Luivildə polislə bağlı təhqiqat həll deyil, əksinə ən azından ədliyyə sistemində bir həll yolu tampaq üçün bir başlanğıcdır.”

Nümayəndələr Palatasında Demokratlar Corc Floyd Polis İdarələrində Əldalət Aktını qəbul edibləe. Bu qanun layihəsi polis zabitlərinin mülki iddialarda “toxunulmazlıqlarını” məhdudlaşdıracaq və polisin yanlış davranışları ilə bağlı milli reyestr yaradacaq. Qanun layihəsi Senatda bir çox çətinliklə üzləşir. Orada Respublikaçı senator Tim Skot özü ayrı bir polis islahatı qanun layihəsi təqdim edib və hazırda Demokratlarla danışıqlar aparır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG