Accessibility links

Lukaşenko Belarusda "yatan" terror yuvalarının aşkarlandığını və bu işdə Almaniya, Ukrayna, ABŞ, Polşa və Litvanın əli olduğunu deyib


Aleksandr Lukaşenko iyulun 2-də Müstəqillik Günü münasibətilə keçirilən təntənəli yığıncaqda Belarusda "yatan" terror yuvalarının aşkarlandığını və bu işdə Almaniya, Ukrayna, ABŞ, Polşa və Litvanın əli olduğunu deyib.

"Bu gün "yatan" terror yuvaları, yəni özünümüdafiə bölmələri aşkarlanıb. Bu yuvaların məqsədi, X günündə hakimiyyətin zorla dəyişdirilməsidir. Onlar özləri hələ X günün nə vaxt olduğunu bilmirlər, sadəcə xalqımızı o günə yönləndirmək lazımdır" – deyə, Lukaşenko bildirib.

O bu işdə əli olan ölkələri sadalayıb: Almaniya, Ukrayna, ABŞ, Polşa və Litva. Bu səbəbdən Lukaşenko sərhəd qoşunlarına Ukrayna ilə sərhədi tamamilə bağlamağı tapşırdığını açıqlayıb.

"Ukraynadan Belarusa çox sayda silah gəlir. Buna görə sərhəd qoşunlarına Ukrayna ilə sərhədi tamamilə bağlamağı tapşırdım" - deyə, Lukaşenko qeyd edib.

Günün əvvəlində Lukaşenko geniş miqyaslı antiterror əməliyyatının tamamlandığını və Almaniyanın bununla əlaqəsinin olduğunu iddia etmişdi.

"Bu gün əks-kəşfiyyat tədbirləri bitdikdən sonra, artıq Almaniyanın Xarici İşlər Naziri Heyko Maasa deyil, Kanslerin özünə və bəzi Almaniya rəhbərliyinə iddialar irəli sürəcəyik" deyə, o bildirib.

Lukaşenko Almaniyanın tam olaraq necə iştirak etdiyini izah etməyib. Almaniya hökumətinin rəsmiləri Almaniya Xarici İşlər Nazirliyindən Andrea Sasse və Federal Kansler Ofisindən Martina Fietz Lukaşenkonun açıqlamalarını şərh etməkdən imtina ediblər.

Lukaşenko müntəzəm olaraq Belarusda rejimi devirmək məqsədi güdən "terrorçuların" olduğunu elan edir. 2020-ci ilin iyulunda, prezident seçkilərindən əvvəl Belarus hüquq-mühafizə orqanlarının "seçki kampaniyası dövründə vəziyyəti sabitləşdirmək üçün" ölkəyə 200-dən çox yaraqlının gəlməsi barədə məlumat aldığını elan etmişdi. Sonradan məlum oldu ki, bu "yaraqlılar" Ukrayna xüsusi xidmət orqanlarının ələ keçirməyə çalışdıqları Donbasdakı müharibədə iştirak edən Rusiya PMC-lərinin işçiləri idilər. O, 2020-ci ilin dekabrında da müxalifətçi Autuxoviçi terror hücumları hazırlamaqda və Ukraynadan silah idxal etməkdə günahlandırmışdı. "Ölkənin hər yerində terror hücumları hazırlayırdılar və artıq həyata keçirməyə başlayıblar" demişdi.

XS
SM
MD
LG