Accessibility links

Türkiyə yenidən açılır


Türkiyə yenidən açılır
please wait

No media source currently available

0:00 0:02:58 0:00

Türkiyə yenidən açılır

İnfeksiya göstəricilərinin azalması və peyvənd sayının artması ilə Türkiyə COVID məhdudiyyətlərini tam ləğv edib və bir neçə aylıq qapanma tədbirlərindən sonra normal vəziyyətə qayıdır.

İstanbulun Aida restoranında gecəyə hazırlıq. Sahibləri və işçiləri üçün bu, yaşamaq üçün uzun bir mübarizə olub. Bir ildən çoxdur ki, restoran ya COVID qapanmalarının bir hissəsi olaraq bağlanıb, ya da müştərilərin sayını və saatlarını məhdudlaşdıran ciddi nəzarət altında fəaliyyət göstərib.

Elif Uluhan indi məhdudiyyətlərin qaldırılmasının vaxtının gəldiyini deyir.

“Bunu indi edə biləcəyimizi hiss edirik. Həqiqətən son kilidləmə zamanı çıxılmaz vəziyyətdə idik. Pandemiyadan bir il əvvəl olduğumuz vəziyyətə qayıda bilərik. Ümidlidir, çünki kiçik bir işimiz var, buna görə tempimizi artırmaq daha asandır. ”

Məhdudiyyətlərin ləğvi infeksiya göstəricilərinin 90%-ə düşməsindən sonra baş verir. Hökumət deyir ki, ciddi nəzarətlə birlikdə aqressiv bir peyvənd kampaniyası aparılır.

Peyvənd tədarükündən sonra Türkiyənin Səhiyyə Nazirliyi gündə bir milyon insana peyvənd vurulduğunu bildirib.

Ancaq bəzi həkimlər hazırda Delta variantı ilə Türkiyənin yenidən açılması ilə bağlı narahatlıqlarını bildirir.

Qapanmaların sona çatması normal vəziyyətə qayıtmaq üçün ümidsiz insanlar tərəfindən çox xoş qarşılanır.

“Özümü çox yaxşı hiss edirəm, çünki təxminən iki ildən sonra açıq, gözəl havada mədəni fəaliyyətdəyik. Bu, son iki ildə ilk belə hadisədir; bundan əvvəl bunların heç birində iştirak etmirdik” - deyə, İstanbul sakini Tahir bildirib.

Bir ildən çox axşamlar və həftə sonları komendant saatının təbiqi və əksər əyləncə məkanlarının bağlanmasından sonra İstanbulun Kadıköy əyləncə məhəlləsindəki insanlar belə bir fürsətdən istifadə etmək üçün çox istəkli görünür. Normal vəziyyətə qayıtmaq bəziləri üçün şirinli-açılıdır.

“Bir tərəfdən xoşbəxtik, amma geri qayıtdıqda gördük ki, bir çox dost, bir çox iş qonşusu açıla bilmir və bu, bizi çox kədərləndirir. Beləliklə, bir tərəfdən yenidən ünsiyyət qura bilmək, Kadıköyün ruhunu geri qaytarmaq bizi sevindirir, digər tərəfdən bu bağlanmalardan kədərləndik” - deyə, bar sahibi Barış Bulut bildirib.

Ancaq qapanmaların qaldırılması digər bir narahtlığa səbəb olub: Prezident Rəcəb Tayyib Ərdoğan insanlar narahat olmasın deyə gecə barlarında musiqi qadağası elan edib.

Bu, etirazlara səbəb olub. Ancaq mübahisələr bayram ruhunu sarsıtmaq üçün heç də böyük əhəmiyyət kəsb etmir.

XS
SM
MD
LG