Accessibility links

ABŞ Kanada və Meksika ilə quru sərhədlərindən səyahətlərin qadağasını avqustun 21-dək uzadıb


ABŞ hökuməti iyulun 21-də Kanada və Meksika ilə quru sərhədlərinin turizm kimi vacib olmayan səyahətlərə bağlanmasını avqustun 21-dək uzadıb.

Milli Təhlükəsizlik Nazirliyi (DHS) tərəfindən son 30 günlük uzadılma Kanadanın avqustun 9-dan etibarən tam vaksinlənmiş amerikalıların səyahətinə icazə verməyə başlayacağını elan etməsindən sonraya təsadüf edir.

16 ay davam edən səyahət qadağalarını bir çox müəssisə iflic adlandırırdı.

DHS məhdudiyyətlərin etibarlı və davamlı şəkildə azaldıla biləcəyi şərtlərini müəyyənləşdirmək üçün kanadalı və meksikalı həmkarları ilə davamlı təmasda olduğunu bildirib.

Prezident Co Bayden administrasiyası üçün çətin olanı isə Kanadanın tətbiq etdiyi kimi tam vaksinasiya ilə səyahət edilməsi məsələsidir.

Ağ Ev bu həftə səyahət məhdudiyyətlərini və ziyarətçilər üçün COVID-19 peyvəndlərinin vurulması potensialını müzakirə etmək üçün yüksək səviyyəli görüşlərin yeni turunu planlaşdırır.

Müzakirələr ABŞ rəsmiləri arasında Delta variantı ilə bağlı artan narahatlıq fonunda baş verir.

ABŞ səhiyyə rəsmiləri COVID-19 yoluxmaları və ölümlərdə əhəmiyyətli dərəcədə artım olduğunu bildirir.

Ağ Ev keçən ay səyahət və sərhəd məhdudiyyətlərinin necə qaldırılacağını araşdırmaq üçün Avropa İttifaqı İngiltərə, Kanada və Meksika ilə qurumlararası işçi qrupları yaradıb.

Şərhlərə bax

XS
SM
MD
LG