Accessibility links

Araşdırma: COVID-19-un qarşısını almağın ən təhlükəsiz yolu vaksinasiyadır


Koronavirusu bundan əvvəlki infeksiyalar və peyvəndlərlə qorunmasını müqayisə edən iki ştatın apardığı yeni araşdırmaların hələ də COVID-19-un qarşısını almağın ən təhlükəsiz yolunun peyvənd olduğu qənaətinə gəlib.

Nyu-York və Kaliforniya ştatlarında keçən yay və payızda aparılan tədqiqatların nəticələri COVID-19-a yoluxan peyvənd olunmuş insanların daha çox müdafiə olunduğunu göstərib.

Ancaq keçmişdə infeksiyayay yoluxan peyvənd edilməmiş insanlar ikinci yerdə olub. Payızda daha yoluxucu delta variantı baş qaldırdıqda, lakin gücləndiricilər hələ geniş yayılmadıqda, bu qrup keçmiş infeksiyası olmayan peyvənd edilmiş insanlardan daha az xəstəliyə sahib idi.

Çərşənbə günü araşdırmanı dərc edən Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi tədqiqatla bağlı bir neçə xəbərdarlıq edib.

Bəzi kənar ekspertlər tapıntıların necə şərh oluna biləcəyindən ehtiyat edirdi.

Pennsilvaniya Universitetinin immunoloqu E. Con Verri deyib ki, əsas mesaj ondan ibarətdir ki, simptomatik COVID infeksiyasından bir qədər immunitet yaradırsınız, ancaq hələ də immunitetinizi peyvənddən əldə etmək infeksiyadanəldə etməkdən daha təhlükəsizdir.

Vaşinqton Universitetində immunoloq Əli Ellebedi əlavə edib ki, COVID-19 yoluxmalarından sonra da peyvənd tələb olunur, çünki hər iki qorunma növü nəticədə azalır - və yalnız keçmiş infeksiyaya, xüsusən də çoxdankı infeksiyaya etibar etmək olmaz.

Tədqiqat əvvəllər yoluxmuş və peyvənd olunmamış insanların COVID-19 diaqnozu və ya xəstəliyi riskinin daha əvvəl heç vaxt yoluxmamış insanlara nisbətən daha az olduğunu aşkar edən kiçik bir araşdırma qrupu ilə uyğun gəlir.

Ayova Universitetinin epidemioloqu Kristin Petersen deyib ki, yeni araşdırmanın nəticələri məntiqlidir. O, koronavirusun əvvəlki formasına qarşı hazırlanmış peyvəndin daha yeni, mutasiyaya uğramış versiyalarına qarşı daha az təsirli olacağını bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. G7 liderləri Ukraynaya 50 milyard dollar kredit vermək planını qəbul edib
please wait

No media source currently available

0:00 0:09:10 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukrayna sülh sammiti. Azərbaycan və İran münasibətlərinin perspektivi.
please wait

No media source currently available

0:00 0:30:08 0:00
XS
SM
MD
LG