Accessibility links

Şimali Koreya 2017-ci ildən bəri ən uzunmənzilli raketini buraxıb


Cənubi Koreya ordusunun məlumatına görə, Şimali Koreya bazar günü səhər tezdən ortamənzilli ballistik raket buraxıb.

Cənubi Koreya ordusu bildirib ki, Şimali Koreya raketi şimaldakı Caqanq əyalətindən buraxılıb və 800 kilometr uçub, lakin maksimum 2000 kilometr yüksəkliyə çatıb.

Şimali Koreyanın raket uçuşlarını izləyən Yaponiya hökuməti də oxşar rəqəmlər təqdim edərək, raketin təxminən 30 dəqiqə uçduğunu əlavə edib.

Bu statistika Şimali Koreyaya qonşuları üzərindən uçmadan daha uzunmənzilli raketləri sınaqdan keçirməyə imkan verə biləcək “yüksək trayektoriya”ya işarə edir.

Bir çox müdafiə analitikləri sınağın 4500 kilometrlik uçuş qabiliyyətinə malik olan Şimalın Hwasong-12 kimi bir raketlə əlaqəli ola biləcəyini deyir.

Şimali Koreya adətən dövlət qəzetləri nəşr olunana qədər öz buraxılışlarını elan etmir.

Təsdiqlənsə, bu, Şimali Koreya lideri Kim Çen In və ABŞ-ın keçmiş prezidenti Donald Tramp arasında gərginliyin pik həddə çatdığı 2017-ci ildən bəri iki qitələrarası ballistik raket buraxdıqdan sonra Şimali Koreyanın sınaqdan keçirdiyi ən uzunmənzilli raket olacaq.

Bu, aylıq rekorda imza atan Şimali Koreyanın buraxdığı 11-ci raketdir.

ABŞ ordusunun Hind-Sakit Okean Komandanlığı sınağı pisləyib və Şimali Koreyanı sabitliyi pozan hərəkətlərdən çəkinməyə çağırıb.

Son buraxılışa cavab olaraq, Yaponiya və Cənubi Koreya milli təhlükəsizlik şuralarının təcili iclaslarını keçirib.

Cənubi Koreya prezidenti Mun Jae-in verdiyi açıqlamada raketin buraxılışını BMT Təhlükəsizlik Şurasının qətnamələrinin pozulması kimi qiymətləndirib.

XS
SM
MD
LG