Accessibility links

Türkmənistanda prezident seçki kampaniyasına start verilib


Mərkəzi Seçki Komissiyası Türkmənistanda növbədənkənar prezident seçki kampaniyasının birinci mərhələsinə başlayaraq, bununla Mərkəzi Asiya dövlətinin qeydə alınmış üç siyasi partiyasından namizədlərin irəli sürülməsi prosesini açıb.

Komissiya bu addımı fevralın 14-də, ölkənin uzunmüddətli avtoritar lideri Qurbanqulu Berdiməhəmmədovun istefa verməyi planlaşdırdığına işarə etməsindən cəmi üç gün sonra elan edib.

Həddindən artıq təcrid olunmuş enerji ilə zəngin ölkədə qeydiyyatdan keçmiş partiyalar hakim Türkmənistan Demokratik Partiyası və hakim partiyaya sadiq iki partiya, Aqrar və Sənayeçilər və Sahibkarlar Partiyasıdır.

Hər üçü Berdiməhəmmədovu dəstəkləyir, çünki ölkədə əsl müxalifət partiyalsı yoxdur.

Martın 12-də keçiriləcək növbədənkənar prezident seçkiləri fevralın 12-də Berdiməhəmmədov parlamentin yuxarı palatasının növbədənkənar iclasında hakimiyyətin “gənc liderlərə” təhvil verilməsi üçün kənara çəkilmək niyyətində olduğunu söylədikdən sonra elan edilib. Əksər müşahidəçilər onun hakimiyyəti oğlu Sərdara verməyə hazırlaşdığını görürlər.

Artıq bir ildir ki, Berdiməhəmmədovun hakimiyyəti sentyabrda 40 yaşı tamam olan və bununla da konstitusiyaya görə prezident olmaq üçün tələb olunan yaşa çatan oğluna ötürməyə cəhd edəcəyi ilə bağlı şayiələr dolaşır.

Sərdar Berdiməhəmmədov keçən il Türkmənistanın siyasi səhnəsinə hazırda tutduğu bir neçə rəsmi vəzifədən biri olan baş nazirin müavini vəzifəsinə seçildiyi zaman gəlib. O həm də Dövlət Təhlükəsizlik Şurasının üzvüdür.

2006-cı ildə uzun müddət prezident olmuş Saparmurat Niyazovun ölümündən sonra hakimiyyətə gələn Berdiməhəmmədov nə vaxt istefa vermək niyyətində olduğunu açıqlamayıb.

Hüquq müdafiə qruplarına görə, Türkmənistan 1991-ci ildə Sovet İttifaqının süqutundan sonra müstəqil dövlət olduqdan sonra ölkədə heç vaxt azad və ədalətli seçkilər keçirməyib.

XS
SM
MD
LG