Accessibility links

Ukraynada könüllülər tibbi yardım göstərir


Ukraynada könüllülər tibbi yardım göstərir
please wait

No media source currently available

0:00 0:01:55 0:00

Ukraynada könüllülər tibbi yardım göstərir

Ukraynalılar və dünyanın hər yerindən minlərlə insan Ukraynanı Rusiyanın işğalına qarşı müdafiə etmək üçün könüllü olaraq yardım edirlər. Ancaq kömək etməyin müxtəlif yolları var. Donetskdə insanlar yaralılara necə qulluq etmələri ilə bağlı könüllü kursa gedirlər.

Könüllülər həyatları xilas etməyi öyrənirlər. Jqut necə taxılmalı, qanaxmanı dayandırmaq üçün hemostatik dərmanlardan necə istifadə edilməlidir. Bunlar Ukraynanın Donetsk vilayətinin Pokrovsk şəhərindəki könüllülərin ilk yardım dərslərində öyrəndikləri bacarıqlardan bəziləridir. Onlara Yakiv Kirliuk kimi hərbi təlimatçılar dərs deyir.

Təlimləri hərbi təcrübəsi olan təlimatçılar keçirir. Onlar 2014-cü ildə tibbi təhsil alıb, NATO və Ukraynanın birgə hərbi təlimləri zamanı bacarıqlarını təkmilləşdirib. Hazırda Ukraynanın hər yerində analoji təlimlər keçirilir.

Pokrovskda könüllülər hər şeyə tam hazırdır.

“Qolu bu tərəfə qaldırıb bura qoymağa çalışın. Əgər yara yoxdursa, bu yaxşıdır, amma varsa, tez hərəkətə keçməliyik” - deyə, hərbi təlimatçı Yakiv Xirlyuk bildirib.

“Biz hamımız Çerniqovda, Sumıda, Kiyevdə, Xersonda, Mariupolda baş verənləri gördük... Mariupol bizə çox yaxındır. Və biz mülki əhalinin necə əziyyət çəkdiyini görürük. Qərara gəldik ki, peşəkar hərbi həkimlərə müraciət edək və düzgün təlim keçək, hər şeyi müzakirə edək ki, hər hir hadisəyə hazır olaq” - deyə, Vadim Karnau bildirib.

Aydın olan odur ki, Rusiya işğalı uzandıqca, daha ölümcül olduqca və mülki itkilər artdıqca bu bacarıqlara ehtiyac duyulacaq.

Təkcə martın 14-də Ukraynanın şərqindəki Donetskdə 20-dən çox dinc sakinin həlak olduğu, daha 28 nəfərin isə bazar ertəsi şəhər raket hücumundan sonra yaralandığı bildirilir.

XS
SM
MD
LG