Accessibility links

Şimali Koreya Baydeni "zəif" kimi tənqid edib


Şimali Koreya ABŞ-a xarakterik şəxsi hücumda Rusiya liderini Ukraynada hərbi cinayətlərdə ittiham etdikdən sonra Co Baydeni "qoca" kimi təsvir edib.

Bu, Baydenin Rusiya prezidenti Vladimir Putini "müharibə cinayətkarı" adlandırmasından və onu Ukraynanın Buça şəhərində dinc sakinlərə qarşı vəhşiliklər törətməkdə ittiham olunaraq mühakimə etməyə çağırmasından sonra baş verib.

Rəsmi KCNA xəbər agentliyinin şənbə günü yaydığı şərhdə deyilir: "Son xəbər əsassız məlumatlarla Rusiya prezidenti haqqında pis danışan ABŞ prezidentidir. Belə ehtiyatsız ifadələri yalnız aqressiya və hiylə qurmaqda usta olan yankilərin nəsilləri edə bilər".

Şərhdə Bayden "dəfələrlə dil sürüşməsi ilə tanınan bir prezident" kimi təsvir edilib.

"Nəticə belə ola bilər ki, onun intellektual səviyyəsində problem var və onun ehtiyatsız danışıqları sadəcə bir qocanın ehtiyatsızlığının nümayişidir", - şənbə günü axşam yayımlanan şərhdə deyilir.

"Görünür, hakimiyyətdə belə cılız bir adamla ABŞ-ın gələcəyi qaranlıqdır."

Pekinlə yanaşı, Rusiya Şimalın azsaylı beynəlxalq dostlarından biridir və bundan əvvəl də rejimin köməyinə gəlib.

Moskva uzun müddətdir ki, nüvə silahına malik Şimali Koreyaya artan təzyiqlərə qarşı xətt tutur, hətta humanitar səbəblərə görə beynəlxalq sanksiyaların aradan qaldırılmasını istəyir.

Pxenyan da Ukrayna ilə müharibədə Moskvanın tərəfini tutub və ABŞ-ı böhranın “əsas səbəbi” olmaqda ittiham edib.

Şimali Koreyanın dövlət mediası uzun müddətdir xarici liderlərə qarşı şəxsi hücumlar edir.

Pxenyan Bayden prezidentliyə namizəd kimi irəli sürülməzdən əvvəl onu “quduz it” adlandıraraq, onu “çubuqla döyülərək öldürmək lazımdır” demişdi. O, Prezident Donald Trampı "əqli cəhətdən pozulmuş ABŞ əxlaqsızı" kimi, onun sələfləri Barak Obama və Corc Buş isə "meymun" və "yarımçıq adam" kimi qələmə vermiş, həmçinin Cənubi Koreyanın keçmiş prezidenti Park Geun-hye-ni “cadugər” və “məkrli fahişə” kimi tənqid etmişdi.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG