Accessibility links

Rusiya Severodonetskdə kimya sahəsini vurur


Rusiya qoşunları bazar günü Ukraynanın şərqində yerləşən Severodonetks şəhərində yüzlərlə əsgərin və mülki əhalinin sığındığı kimya sahəsini bombardman ediblər. Buna baxmayaraq, Luhansk vilayətinin qubernatoru sahənin Ukraynanın nəzarəti altında olduğunu bildirir.

Qubernator Sergey Qayday Azot zavodunda 300-400 ukraynalı döyüşçü və yüzlərlə mülki əhalinin ilişməsini ruspərəst “yalan” adlandırıb.

“Sadəcə sahənin ərazisinə atəş açılıb” – deyə, Qayday bildirib: “Şəhərin kənarlarında və sahənin yaxınlığındakı küçələrdə döyüşlər davam edir.” O əlavə edib ki, şənbə günü Rusiyanın artilleriya hücumu nəticəsində yanğın yaranıb.

Rusiya artıq Luhansk ərazisinin 97 faizinə nəzarət etdiyini iddia edir. Amma müharibədən öncə 100,000 əhalisi olan Severodonetsk sənayə şəhərinin ələ keçirilməsi Rusiyanın Donbas ərazisinə nəzarət etmək üçün strateji əhəmiyyət daşıyır.

XS
SM
MD
LG