Accessibility links

Ukrayna əsgərləri rus əsgərlərilə deyil, məhbuslarla döyüşdüklərini deyir


New York Times qəzetinin yazdığına görə, Ukraynanın şərqi Baxmut şəhərindəki ukraynalı hərbçilər rus əsgərləri əvəzinə rus məhbusları ilə döyüşdüklərinə inandıqlarını bildirib.

Qəzet internetdə yerləşdirilən videonu təhlil edib və görünən odur ki, özəl hərbi şirkət olan The Wagner Group nümayəndələri məhbuslara Ukraynada altı aylıq döyüş turunu başa vursalar, azadlıqlarını qazanacaqlarına söz verib.

Times bildirib ki, videonun yoxlanılması mümkün olmayıb.

Rusiya prezidenti Vladimir Putin bildirib ki, Baxmutu ələ keçirmək onun Ukraynaya təcavüzünün əsas məqsədlərindən biridir.

Prezident Co Bayden yenidən Putinə Ukraynada kütləvi qırğın silahlarından istifadə etməməsi barədə xəbərdarlıq edib.

Bayden Rusiyanın Ukraynada kimyəvi və ya nüvə silahından istifadə edəcəyi təqdirdə ABŞ-ın cavabını konkret şərh etməyib.

Bayden "onlar dünyada əvvəlkindən daha çox gözdən düşəcək" deyib.

Bu, Baydenin Putinə ilk xəbərdarlığı deyildi: Mart ayında Avropa İttifaqı, G-7 tərəfdaşları və NATO müttəfiqləri ilə görüşdən sonra Bayden NATO-nun Ukraynada kütləvi qırğın silahlarının istənilən istifadəsinə "eynilə" cavab verəcəyini deyib.

Bayden Putinə istinad edərək, "bundan istifadə edərsə, cavab verəcəyik" -deyə, bildirib.

Bir ay sonra Lavrovun Rusiya dövlət televiziyasına nüvə müharibəsi risklərinin "əhəmiyyətli" olduğunu deməsindən sonra Bayden Rusiyanın xarici işlər naziri Sergey Lavrovu "məsuliyyətsiz" adlandırıb.

"Heç kim nüvə silahının istifadəsi və ya onlardan istifadə zərurəti ehtimalı barədə boş şərhlər verməməlidir" - deyə, Bayden qeyd edib.

Ukraynaya hücumundan bir neçə gün sonra Putin keçmiş Sovet İttifaqının süqutundan sonra ilk dəfə Rusiyanın nüvə qüvvələrinə yüksək hazırlıq vəziyyətinə gətirilməsini əmr edib və Ağ Evi milli təhlükəsizlik məmurlarından ibarət komanda "Pələng Komandası"nı toplamağa çağırıb.

ABŞ-da yerləşən Silahlara Nəzarət Assosiasiyasına görə, 2000-ci ildə Rusiya "Rusiya Federasiyasının milli təhlükəsizliyi üçün kritik vəziyyətlərdə adi silahlardan istifadə etməklə genişmiqyaslı təcavüzə cavab olaraq" nüvə silahının ilk istifadəsinə icazə vermək üçün hərbi doktrinasını yeniləyib.

Doktrinanın 1997-ci il versiyası nüvə silahının ilk dəfə istifadəsinə yalnız "Rusiya Federasiyasının mövcudluğuna təhlükə yarandığı halda" icazə verirdi.

Yeni versiyada, həmçinin ilk dəfə olaraq Rusiyanın bütün "kütləvi qırğın silahları" hücumlarına cavab vermək üçün nüvə silahından istifadə etmək hüququ olduğu bildirilir.

Bu arada Rusiyanın Zaporojye nüvə stansiyasını hədəf alması bütün Avropada nüvə narahatlığını yenidən artırıb.

Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Mariano Qrossi şənbə günü bildirib ki, Avropanın ən böyük zavodu yenidən milli şəbəkədən elektrik enerjisi alır.

Qrossi xəbərdarlıq edib ki, Rusiya qüvvələri Zaporojjya ətrafındakı daha geniş bölgəni atəşə tutduqca, zavodun ümumi vəziyyəti qeyri-müəyyən olaraq qalır. Onun sözlərinə görə, nüvə stansiyası Rusiyanın nəzarəti altındadır, lakin onun əməliyyatları ukraynalılar tərəfindən həyata keçirilir.

XS
SM
MD
LG