Accessibility links

Florida ştatında İan qasırğasından sonra bərpa işləri davam edir


ABŞ-ın cənub-şərq ştatını vuran İan qasırğasından təxminən bir həftə sonra Florida ştatında 500 000-dən çox ev və iş yeri işıqsız qalıb.

Dördüncü kateqoriyaya yüksələn İan sentyabrın 28-də saatda 240 kilometr küləklərlə ştatda iki milyondan çox insanı elektriksiz qoyub.

Kommunal şirkətlərin rəsmiləri deyir ki, cümə və ya şənbə gününədək müştərilərin ən azı 95% -nin elektrik enerjisi bərpa olunacaq.

Axtarış-xilasetmə qruplarının dağılmış evlər və binalar arasında axtarışı zamanı 1500-dən çox insan xilas edilib.

ABŞ-da Ian-dan ölənlərin sayı Floridadan Şimali Karolina ştatına qədər 100-dən çoxdur, ölümlərin əksəriyyəti Floridadadır.

İan qasırğasının sahilə çıxması zamanı ən çox yükü daşıyan Florida ştatının Li dairəsində 50-dən çox insanın öldüyü bildirilir. Reuters xəbər verir ki, daha 21 ölüm hadisəsi digər doqquz dairənin rəsmiləri tərəfindən bildirilib.

Şimali Karolinada 4 nəfərin öldüyü bildirilir.

Li dairəsi qasırğanən ən ağır təsirinə çəruz qalan Fort Mayers, Sanibel və Payn Aylends adalarını əhatə edir. Ian onları birləşdirən yeganə körpüləri dağıtdıqdan sonra adaların materiklə əlaqəsi kəsilib və xilasetmə qrupları adalara helikopterlələr təchizat aparmağa məcbur olub.

Qubernator Ron DeSantis bazar ertəsi jurnalistlərə bildirib ki, Sanibel və Payn Aylends adalarını materiklə yenidən birləşdirmək üçün müvəqqəti körpülər tikiləcək.

DeSantis evakuasiya əmrlərinin vaxtı ilə bağlı diqqətdə olan məmurları müdafiə edib.

ABŞ prezidenti Co Bayden və birinci xanım Cil Bayden çərşənbə günü Floridaya səfər edəcək.

Baydenlər İan qasırğasıdan bir neçə gün əvvəl adanı vuran Fiona qasırğasının dağıntıları ilə tanış olmaq üçün bazar ertəsi Puerto-Rikoda olub.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Ukraynanın enerji infrastrukturuna daha çox zərbə endirir
please wait

No media source currently available

0:00 0:12:39 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG