Nyu-York şəhərindəki xeyriyyə incəsənət sərgisində Rusiyanın müharibəsinin öz ölkələrinə əsl təsirini göstərmək üçün ukraynalı rəssamlar tərəfindən hazırlanmış 150-dən çox müharibə mövzulu posterlər nümayiş olunur.
Artur Zqurov Nyu York şəhərində ukraynalıların müharibə əleyhinə hərəkatının lideridir.
O, Ukraynadan gələn bir neyrocərrahdır və Nyu Yorkun Pratt İnstitutunda “Həyat Sərhədi: Ukrayna Müharibəsi Plakatları” adlı xeyriyyə rəsm sərgisi üzərində işləyib.
“İdeya insanlara, amerikalılara müasir Ukraynanı göstərmək idi. Ukrayna təkcə amerikalıların çox sevdiyi və bizim də devdiyimiz borşdan ibarət deyiı, həm də istedadlı aktyorlar, müharibəni sənət vasitəsilə əks etdirə bilən istedadlı insanlardan ibarətdir,” o deyir.
Xəttatlıq, müxtəlif şriftlər və küçə sənətinin qarışığı olan bu sənət əsəri ukraynalı rəssam və dizayner Zakentiy Qorobyevin əlyazmasıdır. O, Ukraynada müharibə başlayandan bəri diqqətini yalnız müharibə mövzulu posterlərə yetirir.
“Posterlər insanların duyğularını əks etdirməlidir. Bu, baş verən hər şeyin cəmləşməsidir. Mən insanların istifadə etdiyim metaforalarda hansısa fəlsəfi məna tapmalarını və ya sənətimə baxaraq özlərini daha xoşbəxt hiss etmələrini istədim,” Qorobyev deyir.
Sərgidə əsərləri nümayiş olunan digər rəssam Albina Yalozadır. O, sənət dünyasında mistik və dini mövzuları ilə tanınır. O, son aylarda özünəməxsus üslubundan rus propaqandasını hədəf almaq üçün istifadə edib.
“Müharibədən öncə mən sadəcə olaraq bilirdim ki, insanın ürəyi sol tərəfdə olur, amma son zamanlarda ürəyim yaxınlarımın həyatından, millətimizin həyatından narahat olduğum üçün hər gün ağrıyır...” o deyir.
Bu posterlərdən hər biri Rusiyanın Ukraynada törətdiyi iddia olunan vəhşilikləri əks etdirir.
Sərginin kuratoru Olena Speranska Kyiv bölgəsində yerləşən İrpin şəhərindəndir. Onun evi aprel ayında Rusiya bombaları tərəfindən dağıdılıb.
“Sərgimizdə müasir Ukrayna rəssamlarının 150 posteri var. Onlar bizim ən yaxşı on rəssamlarımız tərəfindən hazırlanıb və biz ümid edirik ki, ölkəmizə kömək etmək üçün bir qədər vəsait toplaya bilərik,” o deyir.
O, ABŞ-a Ukraynanı ziyarət edən Amerika Cazz Fondunun icraçı direktoru Vendi Oksenhornun dəvəti ilə gəlib.
“Mən Putinin Ukraynaya etdiklərini xəbərlərdən izləməkdən bezmişdim. Mən ora heç kimi tanımadan getdim və bu inanılmaz insanlarla və başqa amerikalılarla tanış oldum və biz Ukraynaya yardımlar göndərməyə başladıq...”
Oksenhorn çətinlik çəkən musiqiçilərə kömək edən xeyriyyə təşkilatı Amerika Caz Fondunu idarə edir.
Oksenhorn deyir ki, Rusiya müharibəyə başlayandan bəri təşkilat Ukraynada 100-dən çox musiqiçiyə yardım edib.