Accessibility links

Bayden Rusiyaya nüvə silahından istifadə edilməməsi barədə xəbərdarlıq edib


Bayden Rusiyaya nüvə silahından istifadə edilməməsi barədə xəbərdarlıq edib
please wait

No media source currently available

0:00 0:03:05 0:00

Moskvanın Ukraynaya qarşı nüvə silahından istifadə ilə bağlı ritorikasını gücləndirməsi fonunda Rusiyada hər il keçirilən nüvə təlimləri başlayıb. Prezident Co Bayden Moskvaya Ukraynaya qarşı taktiki nüvə silahından istifadənin “çox ciddi səhv” olacağı barədə xəbərdarlıq edib.

Rusiya çərşənbə günü sualtı nüvə qayıqları, strateji bombardmançı təyyarələr və ballistik raketlərin iştirakı ilə keçirilən illik təlimlər zamanı ölkənin nüvə hücumuna cavabını məşq edib. Prezident Vladimir Putin təlimləri video bağlantı vasitəsilə izləyib.

Kreml son günlər Ukraynanı heç bir dəlil olmadan kütləvi ölüm və radioaktiv çirklənməyə səbəb ola biləcək “çirkli bomba” vasitəsilə nüvə materialından istifadə etməyi planlaşdırmaqda ittiham edib

Rusiyanın belə bir hücuma hazır olub məsuliyyəti Ukraynanın üzərinə atıb-atmayacağı ilə bağlı suala prezident Co Bayden belə cavab verib.

“Rusiya taktiki nüvə silahından istifadə etsə, olduqca ciddi səhvə yol vermis olardı. Mən sizə hələ ki, bunun məsuliyyətin gizlədiləcəyi bir əməliyyat olacağına zəmanət verə bilmərəm. Biz bunu bilmirik. Amma bu, ciddi, çox ciddi səhv olardı, ” prezident Co Bayden bildirib.

ABŞ-ın Milli Təhlükəsizlik Şurasının koordinatoru Con Körbi Ağ Evdə məsələ ilə bağlı bunları deyib: “...Rusların çirkli bombadan istifadə etməyə və ya açığını desək, taktiki nüvə silahından istifadə etməyə hazırlaşdıqlarına dair heç bir əlamət görməmişik və bunu əvvəlcədən bilmək vacibdir”.

Ukraynanın müdafiə naziri Oleksiy Reznikov Putinin onun ölkəsinə qarşı nüvə silahından istifadə edəcəyinə inanmadığını deyib.

“Mənim şəxsi fikrimdir. O (Putin) nüvə silahından istifadə etməyəcək. Onlar (ruslar) çox axmaq şeylər ediblər. Lakin onlar praqmatik olaraq qalırlar”.

Bu arada, BMT-nin fövqəladə yardım üzrə rəsmisi Martin Griffits Ukraynanın Qara dənizdən taxıl ixracının bərpasına imkan verən BMT-nin vasitəçiliyi ilə əldə edilmiş razılaşmanın noyabr ayının ortalarından sonra uzadılacağı ilə bağlı “nisbətən nikbin” olduğunu bildirib. Qriffits bildirib ki, razılaşma Rusiya da daxil olmaqla hamının iqtisadi maraqlarına cavab verir.

BMT-nin Fövqəladə Yardım üzrə koordinatoru Martin Griffits: “O vaxt bunun bütünlüklə humanitar xarakter daşıyan əməliyyat olması nəzərdə tutulmamışdı. Biz bunu aydın başa düşürdük və mən hesab edirəm ki, Qara dənizdən keçən bu kifayət qədər mürəkkəb və böyük ixracın qiymətlər, kəmiyyət, eləcə də etimada humanitar təsir göstərdiyi sübut olundu. Beləliklə də bizim danışıqlar apardığımız işlər görülür.”

BMT sazişin müddətinin bir ilə qədər uzadılması və gəmilərin BMT, Türkiyə, Rusiya və Ukrayna rəsmiləri tərəfindən birgə təftişinin sürətləndirilməsinə çalışır. BMT bu yaxınlarda 150-dən çox gəminin gözlədiyini bildirib.

Rusiyanın Ukraynaya qarşı təcavüzünün artıq doqquzuncu aydır davam etdiyi vaxt taxıl müqaviləsi dünyanın inkişaf etməkdə ölkələrində çoxları üçün olduqca böyük əhəmiyyətə malikdir.

XS
SM
MD
LG