Accessibility links

Şimali Koreya dronları Cənubi Koreya səmalarında görünüb


Bazar ertəsi Şimali Koreya Cənubi Koreyanın hava məkanına bir neçə kiçik pilotsuz aparat göndərib. Seul rəsmiləri Cənubi Koreya ordusunu həssas sərhədin şimalına öz pilotsuz müşahidə təyyarəsini uçmağa sövq etdiyini bildirib.

Cənubi Koreya hərbi rəsmilərinin bildirdiyinə görə, Cənubi Koreya Şimali Koreyanın müdaxiləsinə cavab məqsədi ilə döyüş təyyarələri və hücum helikopterlərini də yerləşdirib, lakin pilotsuz təyyarələrdən heç birini vura bilməyib.

Bazar ertəsi axşam jurnalistlərlə danışan Cənubi Koreya hərbi rəsmiləri bildiriblər ki, dronlardan biri Şimali Koreyaya qayıtsa da, digər dördünün statusu məlum deyil.

Cənubi Koreya rəsmiləri onların kiçik olduğunu desələr də, Şimali Koreyanın pilotsuz təyyarələrinin silahlı olub-olmadığı bəlli deyil. Onların qanadlarının uzunluğu cəmi 2 metrdir.

Şimali Koreya Cənubi Koreyaya 2014-cü ildən bəri ən azı dörd dəfə aşkar müşahidə missiyaları üçün kiçik, kobud şəkildə qurulmuş PUA-lar göndərib, baxmayaraq ki, bu, beş ildən çox müddətdə bildirilən ilk hücumdur.

Bazar ertəsi baş verən insident xüsusilə həyasızlıq kimi qiymətlə. Belə ki, Şimali Koreyaya məxsus pilotsuz təyyarələrin günün çox hissəsində Cənubi Koreyanın məskunlaşdığı ərazilərdə uçduğu bildirilir.

Cənubi Koreyanın hərbi rəsmilərinin bildirdiyinə görə, ilk Şimali Koreya PUA-sı yerli vaxtla səhər saat 10:25-də Cənubi Koreyanın şimal-şərqindəki Qanqva adası yaxınlığında sərhədi keçib və digərləri tərəfindən sürətlə təqib edilib.

Səlahiyyətlilər əlavə edib ki, pilotsuz təyyarələrdən dördü Qanqva yaxınlığında, digəri isə təxminən 50 kilometr uzaqlıqda olan Seul metropoliteninin şimal hissəsinə qədər uçub.

Yerli vaxtla axşam saat 20:00-a olan məlumata görə, dronlardan hər hansı birinin ələ keçirildiyinə dair heç bir əlamət yoxdur. Cənubi Koreyada dağıntılar barədə məlumat verilməyib.

Cənubi Koreyanın Nəqliyyat Nazirliyinin məlumatına görə, Cənubi Koreyanın əsas İnçeon hava limanında və kiçik Gimpo hava limanında təyyarələrin uçuşu müvəqqəti olaraq dayandırılıb.

2014-cü ildə Şimali Koreyanın oxşar pilotsuz uçuş aparatı sərhəd yaxınlığında qəzaya uğramazdan əvvəl hərbi obyektlərin və hətta Cənubi Koreya prezidentinin iqamətgahının şəkillərini çəkib.

Cənubi Koreya rəsmiləri bazar ertəsi təsbit edilən dronların 2014 və 2017-ci illərdə baş vermiş insidentlərdə istifadə edilənlərə bənzədiyini bildirib.

Şimali Koreya müdaxilə ilə bağlı açıqlama verməyib, lakin əvvəllər Cənubi Koreyaya casus dronları göndərdiyini təkzib edib. Şimali Koreya bu il gərginliyi davamlı olaraq artıraraq, rekord sayda raket buraxıb və həssas sərhəd bölgələrini artilleriya atəşinə tutub.

May ayında vəzifəyə gələn mühafizəkar Cənubi Koreya prezidenti Yoon Suk Yeol Şimali Koreyanın təxribatlarından bir neçə saat sonra müvafiq hərbi güc nümayişləri ilə cavab verib.

Dünyaya Baxış

Dünyaya Baxış. İsrailin baş naziri müharibə kabinetini buraxıb
please wait

No media source currently available

0:00 0:12:28 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukrayna sülh sammiti. Azərbaycan və İran münasibətlərinin perspektivi.
please wait

No media source currently available

0:00 0:30:08 0:00
XS
SM
MD
LG