Yeni il gecəsi video müraciəti zamanı Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın raket hücumlarını qınayıb.
“Bu gün, Rusiyanın raket hücumu terrorçuların bunu nə qədər istəməsindən asılı olmayaraq, ilin yekunu deyil. Bu, Rusiyanın taleyinin nəticəsidir.”
Rusiyanın şənbə günü Ukraynanın bütün ərazisi boyu həyata keçirdiyi hava hücumlarına münasibət bildirərkən Zelenski deyib ki, “terroçu dövlət” bağışlanmayacaq: “Bu əmrləri verənlər də, onları icra edənlər də yumşaq desək əfv edilməyəcəklər.”
“Fevralın 24-ü partlayışları bizi dəhşətə gətirdi” deyə, Ukrayna prezidenti Rusiyanın Ukrayana hərbi müdaxiləsinin ilk günü haqda danışıb: “Bizə deyildi ki, təslim olmaqdan başqa seçimimiz yoxdur. Biz isə deyir deyirik ki, bizim qələbə çalmaqdan başqa seçimimiz yoxdur.”
“Biz heç nə itirməmişik”, Zelenski bildirib: “Bu, bizdən alınıb. Biz torpaqlarımızı itirməmişik. Torpaqlarımız işğalçılar tərəfindən zəbt edilib. Dünya sülhü itirməyib. Sülhü Rusiya məhv edib.”
Yeni ilin gəlişinə təxminən 30 dəqiqə qalmış Rusiyanın buraxdığı raketlər nəticəsində Kyivdə yeni partlayışlar eşidildi. Paytaxtın meri Vitali Klitçko Telegram vasisətilə raketlərin şəhərin iki ərazisinə düşdüyünü bildirib, amma xəsarətlər haqda məlumat verməyib.
Şənbə səhəri keçirilən hava hücumu nəticəsində Ukrayna ərazisində bir insanın həlak olduğu və ən azı 30 nəfərin yaralandığı bildirilir. Paytaxt Kyiv və digər ərazilərdə səkkiz nəhəng partlayış müşahidə edilib.