Accessibility links

Avstraliya İranın izləmə planının qarşısını aldığını bildirir


Avstraliya təhlükəsizlik rəsmiləri İranın xarici müdaxilə planının qarşısını aldıqlarını bildirib. Planın keçən il İranda Məhsa Əmininin ölümü ilə bağlı Avstraliyada etirazlarla əlaqəsi olan bir iranlı avstraliyalının evinin izlənilməsini əhatə etdiyi iddia edilir.

Avstraliyanın daxili işlər naziri Kleyr O'Neill çərşənbə axşamı Avstraliya Milli Universitetində etdiyi çıxışda iddia edilən planı ifşa edib. O, İran əsilli avstraliyalının İranın əmri ilə cinayətkarlar tərəfindən hədəf alındığını və planın ASIO, Avstraliya Təhlükəsizlik və Kəşfiyyat Təşkilatı tərəfindən üzə çıxarıldığını deyib.

O'Neill bildirib ki, onun hökuməti Avstraliyada ayrı-ayrı şəxslərə və ya ailə üzvlərinə nəzarət, təqib və ya hədə-qorxu şəklində düşmənçilik hərəkətlərinə dözməyəcək.

"Ölkəmizdə yaşayan, izlənən, şəkli çəkilən, evinə yad bir gücün göstərişi ilə adamlar tərəfindən basqın edilən biri var. Bu, Avstraliyada baş verir və ASIO bunu araşdırır. Beləliklə, mən istəyirəm ki, insanlar kölgədə fəaliyyət göstərən dövlətləri başa düşsünlər, sadə bir mesajları var - biz sizi izləyirik" - deyə, o bildirib.

Ötən ilin sentyabrından İranın teokratik rejimi 22 yaşlı Məhsa Əmininin polis bölməsində öldürülməsinə cavab olaraq daxili etirazların təzyiqi altındadır. Avstraliya İranın nümayişlərə "zorakı cavabı"nı pisləyib.

İrandakı qəzəb bütün dünyaya yayılıb. Ötən ilin dekabrında Avstraliyada hökumət əleyhinə böyük mitinqlər keçirilib. Kanberra hökuməti İranın bir neçə hüquq-mühafizə orqanının əməkdaşına maliyyə sanksiyaları tətbiq edib və onlara səyahət qadağası qoyub.

O'Neill Avstraliyadakı digər diaspor icmalarının "hökumətlərinin vətənlərindəki hərəkətlərinə dinc şəkildə etiraz etdikləri üçün" təzyiqlərlə üzləşdiklərini deyib. O xəbərdarlıq edib ki, “xarici müdaxilə təkcə bir ölkədən gəlmir. Bu, dünyanın bir çox ölkələri tərəfindən həyata keçirilir və istiqamətləndirilir".

XS
SM
MD
LG