Accessibility links

İraq və İran sərhəd təhlükəsizliyini möhkəmləndirmək barədə saziş imzalayıb


İraq və İran bazar günü sərhəd təhlükəsizliyi sazişi imzalayıb. İraq rəsmilərinin dediyinə görə, bunun məqsədi ilk növbədə Tehranın silahlı kürd dissidentlərinin onun təhlükəsizliyinə təhdid yaratdığını iddia etdiyi İraqın kürd bölgəsi ilə sərhədə nəzarətin gücləndirilməsidir.

İraq baş nazirinin ofisindən verilən açıqlamada deyilib ki, təhlükəsizlik sazişi iki ölkə arasında ümumi sərhədlərin qorunması və bir neçə təhlükəsizlik sahəsində əməkdaşlığın möhkəmləndirilməsi üzrə koordinasiyanı ehtiva edir.

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şamxani İraqın milli təhlükəsizlik müşaviri Qasim əl-Araci ilə sazişi İraqın baş naziri Məhəmməd əl-Sudaninin iştirakı ilə imzalayıb.

İmzalanma mərasimində iştirak edən İraq təhlükəsizlik rəsmisi deyib: "İmzalanmış təhlükəsizlik sazişinə əsasən, İraq silahlı qrupların İraqın kürd bölgəsindəki ərazisindən qonşu İrana hər hansı sərhəd-keçid hücumu həyata keçirməsinə yol verməyəcək".

Keçən il İran İnqilab Mühafizəçiləri İraqın şimalında kürd qadının polisdə saxlanılarkən ölümü ilə nəticələnən etirazları qızışdırmaqda ittiham edərək iranlı kürd qruplaşmalarına qarşı raket və dron hücumları həyata keçirib.

Tehranda çıxış edən İranın xarici işlər naziri Hüseyn Əmirabdollahian deyib ki, Şamxaninin İraqa hazırkı səfəri dörd aydır planlaşdırılırdı və diqqət mərkəzində İraqdakı silahlı qruplaşmalarla bağlı məsələlərdir. O əlavə edib ki, İran İslam Respublikası heç bir halda İraq ərazilərindən gələn təhdidləri qəbul etməyəcək.

Dünyaya Baxış

Dünyaya Baxış. Dağıstanda matəm elan edilib
please wait

No media source currently available

0:00 0:11:26 0:00
XS
SM
MD
LG