Accessibility links

Britaniya Müdafiə Nazirliyi: Alkoqol istifadəsi Rusiya ordusunun itki sayına təsirə malikdir


Britaniya Müdafiə Nazirliyi bazar günü son kəşfiyyat məlumatına bildirib ki, Ukrayna işğalı dövründə Rusiyanın verdiyi 200,000-ə yaxın itkinin "əhəmiyyətli azlığı" qeyri-döyüş səbəblərinə görə olub.

Qeyri-döyüş səbəblərinə alkoqol istifadəsi, yol-nəqliyyat qəzaları və hipotermiya kimi "iqlim xəsarətləri" daxildir.

“Çox güman ki, Rusiya komandirləri alkoqol sui-istifadəsinin döyüş effektivliyinə xüsusilə zərərli olduğunu müəyyən edəcəklər” – deyə, məlumatda deyilir. "Buna baxmayaraq, Rusiya cəmiyyətində yayılmış intensiv içki halları həm də uzun müddətdir ki, hərbi həyatın, hətta döyüş əməliyyatlarında gizli şəkildə qəbuledilən hesab edilir."

Bu arada Ukraynanın müdafiə naziri Oleksii Reznikov ötən həftə bildirib ki, Ukraynanın yaz əks-hücum əməliyyatı hər an başlaya bilər. Associated Press-in məlumatına görə, Kyiv uzun döyüşə hazırlaşır və Ukrayna prezidenti Volodimir Zelenski qoşunları və mülki şəxsləri əzmli saxlamağa çalışır.

Associated Press-ə müsahibəsində Zelenski deyib ki, Qərbin dəstəyi Ukraynanın müqavimətini gücləndirməkdə və müharibənin gedişatının müəyyən edilməsində həyati əhəmiyyət kəsb edib. Hazırda gərgin döyüşlər 13-cü aydır ki, davam edir və yaxın gələcəkdə danışıqlar yolu ilə sülhə nail olunması mümkün görünmür.

Ukrayna ordusu yazı güclü silah çatdırılması ilə başlayır. Almaniya bu həftə Ukraynaya vəd etdiyi 18 “Leopard-2” tankını təhvil verdiyini bildirib. Polşa, Kanada və Norveç də vəd etdikləri “Leopard-1” tanklarını çatdırıblar.

Bundan əlavə, Britaniyanın “Challenger” tankları da çatdırılıb. Ukraynanın müdafiə naziri isə ümid edir ki, Qərb tərəfdaşları aprel ayı bitməmiş Almaniya istehsalı olan “Leopard-2”-dən ən azı iki batalyon təmin edəcəklər. O, ölkələrin koalisiyasından sursatla birlikdə “Leopard-1” tanklarının altı və ya yeddi batalyonunu gözləyir. Bir batalyonu 80-ə yaxın tank təşkil edir.

Əlavə olaraq, ABŞ “Abrams” tankları, Fransa isə yüngül tanklarla yanaşı Ukrayna əsgərlərinin təlimini vəd edib.

XS
SM
MD
LG