Accessibility links

Roma papası Rusiyaya aparılan ukraynalı uşaqların geri qaytarılmasına yardım etməyə hazırdır


Roma papası Fransisk Vatikanın müharibə zamanı Rusiyaya aparılan ukraynalı uşaqların geri qaytarılmasına kömək etməyə hazır olduğunu bildirib.

Onun sözlərinə görə, Müqəddəs Taxt-tac artıq bəzi məhbus mübadiləsinə vasitəçilik etməyə yardım edib və ailələri birləşdirmək üçün "humanistcə mümkün olan hər şeyi" edəcək.

"Bütün insan jestləri kömək edir. Qəddarlıq jestləri kömək etmir" - deyə Fransisk Macarıstandan evə qayıdarkən mətbuat konfransında bildirib.

Fransisk gizli bir sülh "missiyasının" davam etdiyini açıqlasa da, həftə sonu Budapeştdə Macarıstanın Baş naziri Viktor Orban və Rus Pravoslav Kilsəsinin Macarıstandakı nümayəndəsi ilə danışıqları zamanı sülh təşəbbüslərindən danışıb-danışmadığını soruşduqda heç bir təfərrüat verməyib.

"Mən hər şeyi etməyə hazıram. İctimaiyyətə açıq olmayan bir missiya var; ictimailəşdirildikdə mən bu barədə danışacağam" - deyə, o əlavə edib.
Beynəlxalq Cinayət Məhkəməsi keçən ay Rusiya prezidenti Vladimir Putin və Rusiyanın uşaq komissarı haqqında həbs qərarı çıxararaq, onları Ukraynadan uşaq oğurlamaqda günahlandırıb.
Rusiya uşaqların təhlükəsizliyi üçün köçürüldüyünü iddia edərək hər bir bir qanun pozuntusunu rədd edir.
Keçən həftə Ukraynanın baş naziri Denis Şmihal Vatikanda Fransisklə görüşüb və ondan Rusiyanın işğalından sonra aparılan ukraynalı uşaqların geri qaytarılmasına kömək etməsini istəyib.

"Mən Zati-alilərindən xahiş etdim ki, ukraynalıları, saxlanılan, həbs edilən və cinayət yolu ilə Rusiyaya deportasiya edilən ukraynalı uşaqları vətənə qaytarmaqda bizə kömək etsin", Şmıhal Xarici Mətbuat Assosiasiyasına deyib.

Fransisk xatırladıb ki, Müqəddəs Taxt-Tac səfirliklər vasitəsilə bəzi məhbus mübadiləsini asanlaşdırıb və Ukraynanın ukraynalı uşaqları ailələrinə qovuşdurmaq istəyinə açıqdır.

"Məhbus mübadiləsi yaxşı keçdi. Düşünürəm ki, bu da yaxşı gedə bilər. Bu vacibdir. Vatikan bunu etməyə hazırdır, çünki bu, doğru şeydir. Biz humanizmlə mümkün olan hər şeyi etməliyik" , Roma papası əlavə edib.

Dünyaya Baxış

Dünyaya Baxış. "Meydan TV"nin jurnalisti həbsdə qaldı
please wait

No media source currently available

0:00 0:10:58 0:00
XS
SM
MD
LG