Accessibility links

İsrail: İranın nüvə zənginləşdirilməsi regionu alovlandıra bilər


Yoav Qallant
Yoav Qallant

İsrailin müdafiə naziri cümə axşamı deyib ki, İran beş nüvə silahı üçün kifayət qədər zənginləşdirilmiş urana malik ola bilər və Tehrana xəbərdarlıq edib ki, silah zənginləşdirməyə davam etmək "regionu alovlandıra bilər".

Onun sözləri Tehranın uranı zənginləşdirməsi ilə bağlı son aylarda artan beynəlxalq narahatlıqları təkrarlayır.

Ekspertlər bildirib ki, İslam Respublikası istəsə, bir neçə atom bombası hazırlamaq üçün kifayət qədər yanacağa malikdir.

İsrailin müdafiə naziri Yoav Qallant cümə axşamı Afinaya səfəri zamanı deyib: "Səhv etməyin, İranı bircə dənə nüvə bombası qane etməyəcək".

Atom elektrik stansiyalarında istifadə üçün zənginləşdirilmiş uran normal olaraq 20%-dən aşağıdır, zənginləşdirmə isə 90%-i silah növüdür.

"İran indiyədək beş nüvə silahı üçün 20% və 60% zənginləşdirilmiş material əldə edib", Qallant bildirib.

"İranın irəliləyişi, 90%-ə qədər zənginləşməsi İranın böyük səhvi olardı və regionu alovlandıra bilər" - deyə, nazir əlavə edib.

İsrail rəhbərliyi iddia edir ki, İranın nüvə silahı istehsalını yalnız hərbi əməliyyat hədəsi ilə dayandırmaq olar. ABŞ isə açıq şəkildə çoxtərəfli diplomatik səylərə qayıtmağın tərəfdarıdır.

Beynəlxalq Atom Enerjisi Agentliyi mart ayında İranın bəzi nüvə obyektlərində yeraltı nüvə sahəsində yüksək zənginləşdirilmiş uranın hissəciklərinin aşkar edildiyini bildirdikdən sonra yoxlamalara və kamera monitorinqinə yenidən başlayacağını bildirib.

Afinada Qallantı Yunanıstanın müdafiə naziri Nikos Panagiotopoulos qəbul edib. Hər iki tərəf hərbi əməkdaşlığı daha da inkişaf etdirməyə söz verib. Yunanıstan keçən il 1,65 milyard dollarlıq müqavilədə İsrail və İsrailin müdafiə podratçısı Elbitin köməkliyi ilə beynəlxalq pilot təlim mərkəzini işə salıb. Keçən ay isə İsrail Yunanıstanı 400 milyon dollarlıq müqavilə ilə "Spike" tank əleyhinə raketlərlə təmin etməyə razılıq verib.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG