Accessibility links

Almaniyada qaçqın sığınacağında yanğın olub, 1 nəfər ölüb, 10 nəfər yaralanıb


Bazar günü səhər Almaniyanın şərqindəki qaçqın sığınacağında baş verən yanğında bir nəfər ölüb. Yerli polisin məlumatına görə, on nəfər yaralanıb.

Almaniyanın Türingiya əyalətinin polisi yanğının yerli vaxtla səhər saat 5 radələrində Apolda şəhərindəki obyektdə baş verdiyini və yanan binadan bir cəsədin çıxarıldığını bildirib. Polis 9 yaşlı uşağın itkin düşdüyünü deyib. Onlar tapılan cəsədin uşağa aid olub-olmadığını açıqlamayıb.

Almaniyanın daxili işlər naziri Nensi Fazer Tvitter hesabında bu hadisəni “dəhşətli xəbər” adlandırıb. O, yanğının səbəbini müəyyən etmək üçün araşdırma aparıldığını təsdiqləyib.

Yerli hökumət sözçüsü Almaniyanın dpa xəbər agentliyinə bildirib ki, 300 nəfərin olduğu sığınacaq evakuasiya edilib və sakinlər yaxınlıqdakı Hermsdorfdakı başqa bir qaçqın mərkəzinə aparılıb.

Polis yanğın zamanı sığınacaqda 250 nəfərin olduğunu və yaralı 10 nəfərin yerli xəstəxanaya aparıldığını bildirib. Onların vəziyyəti barədə məlumat verilməyib.

XS
SM
MD
LG