Accessibility links

Rusiya ukraynalı mülki vətəndaşların olduğu qayığı atəşə tutub


Bazar günü Rusiya hərbçilərinin Kaxovka su elektrik stansiyası yaxınlığındakı su basmış ərazidən Ukraynanın nəzarətində olan Xersona evakuasiya etməyə çalışdıqları qayığa hücumu nəticəsində altı ukraynalı mülki şəxs yaralanıb.

Bu barədə Ukrayna Prezidentinin Aparatının rəhbəri Andrey Yermak məlumat verib.

O, Telegram-da bildirib ki, Rusiya ordusu Xerson vilayətinin sol sahilindən təxliyə edilmiş mülki əhalinin olduğu qayığa zərbə endirib.

“Onlar dinc əhaliyə arxadan atəş açıb. Altı nəfər yaralanıb. Onlar Xersonda xəstəxanaya yerləşdirilib. Həkimlər yaralıların həyatı üçün mübarizə aparırlar”, Yermak qeyd edib.

Rusiyanın Ukraynaya 2022-ci ilin fevralında başlayan genişmiqyaslı işğalı nəticəsində minlərlə insan həlak olub, milyonlarla insan yaşayış yerini tərk etmək məcburiyyətində qalıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Dağıstanda matəm elan edilib
please wait

No media source currently available

0:00 0:11:26 0:00
XS
SM
MD
LG