Accessibility links

Blinken Pekində çinli həmkarları ilə danışıqlara başlayır


ABŞ dövlət katibi Antoni Blinken və Çinin xarici işlər naziri Qin Gang
ABŞ dövlət katibi Antoni Blinken və Çinin xarici işlər naziri Qin Gang

ABŞ dövlət katibi Antoni Blinken Pekindədir. O, 2018-ci ildən bəri Çinə səfər edən ilk ABŞ baş diplomatıdır. Blinken Çinin xarici işlər naziri Qin Gang, yüksək çinli diplomat Vanq Yi və çox güman ki, Çin prezidenti Şi Tsinpinin ilə görüşəcək.

Həm ABŞ, həm də Çin rəsmiləri xalqlar arasında münasibətlərin sabitləşdirilməsi və müzakirələrin aparılması üçün yüksək səviyyəli kanalların olması vacibliyini bildiriblər.

Lakin iki ölkənin insan haqları, Tayvan, texnologiya və digər təhlükəsizlik məsələləri ilə bağlı gərginliyi aradan qaldırması gözləntiləri azdır.

Cümə günü axşam Çinə yola düşməzdən bir müddət əvvəl Blinken Vaşinqtonda keçirdiyi mətbuat konfransında bildirib ki, ABŞ rəsmiləri çinli həmkarları ilə bir sıra məsələlərdə “çox real narahatlıqlar” barədə səmimi danışacaqlar.

Səfərdə olan Sinqapur Xarici İşlər Naziri Vivian Balakrişnan ilə yanaşı danışan Blinken, ABŞ-ın "Çinlə olan rəqabətin qarşıdurma və ya münaqişəyə çevrilməyəcəyinə" əmin olmaq istədiyini söylədi.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin cümə günü deyib ki, Birləşmiş Ştatlar Çini özünün “əsas rəqibi” kimi görür: “Bu, böyük strateji səhv mühakimədir.”

Onun sözlərinə görə, ABŞ-ın Çinlə rəqabəti "məsuliyyətli rəqabət deyil, məsuliyyətsiz hədə-qorxudur. Bu, yalnız iki ölkəni qarşıdurmaya sövq edəcək və bölünmüş dünya yaradacaq".

XS
SM
MD
LG