Accessibility links

Astanada polis bank şöbəsində bir neçə nəfəri girov götürən şəxsi saxlayıb


Astanada polis Kaspi bankının şöbəsində bir neçə nəfəri girov götürmüş şəxsi saxlayıb. Bu barədə Qazaxstan Daxili İşlər Nazirliyinin məlumatında deyilir.

Daha öncə bildirilirdi ki, girovların olduğu binaya hərbçilər cəlb edilib. Polis əməkdaşları həmin şəxslər danışıqlar aparırdı. Bank şöbəsinin ətrafındakı ərazi mühasirəyə alınmışdı.

İlki məlumatlara görə, hadisə baş verən zaman bankda yeddi nəfər olub. Kaspi bankının bildirdiyinə görə, həmin şəxlər bankın əməkdaşları idi.

Yerli KİV bildirir ki, girovları saxlayan şəxs bank aktivlərinin əlil uşaqlar və aztəmınatlılar fonduna köçürülməsini tələb edirdi. O, tələblərin icrası üçün üç saat vaxt vermişdi.

Sosial şəbəkələrdə şəxsin 30 yaşı olduğu deyilir. Polis bu məlumatı təsdiqləməyib. KİV bildirir ki, bankın yerləşdiyi binanın sakinlərindən evlərini tərk etmək xahiş olunub.

XS
SM
MD
LG