Accessibility links

Bu gün Yaponiya İkinci Dünya Müharibəsinin başa çatmasının ildönümünü qeyd edir


Ölkə boyu təntənəli mərasimlər təşkil edilib

Bu gün Yaponiya təslim olması ilə İkinci Dünya Müharibəsinin başa çatmasının ildönümünü qeyd edir. Ölkə boyu təntənəli mərasimlər təşkil edilib. Yaponiyanın baş naziri müharibənin çəkdirdiyi iztirablara görə üzr istəyib. Baş nazir Naoto Kan Yaponiyanın bir daha müharibələrə səbəb olmayacağına vəd verib. 65 il əvvəl atasının təslim olduğu İmperator Akihito Tokionun Nippon Budokan sarayında keçirilən mərasimdə iştirak edib. Lakin nə baş nazir, nə də hec bir cabinet üzvü həlak olan 2.5 milyon insanın xatirəsini yaşadan Yasukuni məbədini ziyarət edib.

XS
SM
MD
LG