Accessibility links

Maui adasında meşə yanğınları xəbərdarlığı sistemi ilə bağlı suallar qalmaqdadır


Women hug after digging through rubble of a home destroyed by a wildfire on Aug. 11, 2023, in Lahaina, Hawaii.
Women hug after digging through rubble of a home destroyed by a wildfire on Aug. 11, 2023, in Lahaina, Hawaii.

Rəsmilərin avqustun 11-də verdiyi məlumata görə, Havay adalarına aid Maui adasını bürümüş yanğınlar nəticəsində ölənlərin sayı 80 nəfərə çatıb.

Bu meşə yanğınları ştatın son onilliklər ərzində ən ölümcül təbii fəlakətidir.

Maui meri Riçard Bissen NBC kanalında yanğının inanılmaz sürətlə hərəkət etdiyini bildirib: “Fikirləşirəm ki, bu, qeyri-mümkün bir vəziyyət idi.”

Havay adalarının baş prokuroru En Lopez deyib ki, onun ofisi Maui rəsmilərinin meşə yanğınları ilə bağlı qərarlarını və siyasətlərini araşdıracaq.

“Mənim şöbəm meşə yanğınlarından əvvəl və məşə yanğınları zamanı verilən qərarları anlamaq və nəticələri ictimaiyyətlə bölüşmək niyyətindədir”, deyə Lopez avqustun 11-də bəyanatda bildirib.

Tarixi və qədim Lahaiana kurortu dəqiqələr içində tam yanğın altında olub. Külək və yanğın nəticəsində yaranmış ağır vəziyyət hər kəsi hazırlıqsız yaxalayıb.

Adanın yanmış quruluşlarında itlərin də cəlb edildiyi axtarışların davam etdiyi bir zaman ölüm sayının artacağı ehtimal olunur.

Rəsmilər ada sakinlərinə bildiriblər ki, bərpa işləri illər çəkəcək və milyardlarla dollara başa gələcək.

Forum

XS
SM
MD
LG