İspaniyanın Tenerife adasında minlərlə insanı evlərini tərk etməyə məcbur edən meşə yanğını gecə saatlarında hava şəraitinin bir qədər yaxşılaşmasına baxmayaraq, bazar günü nəzarətdən kənarda qalıb.
Şənbə günü axşam saatlarında fövqəladə xidmətlər yanğının 10 şəhərə təsir etdiyini, 11 şəhərin ehtiyat tədbiri olaraq təxliyə edildiyini bildirib. Əsas turizm bölgələrinin heç biri yanğının təsirinə məruz qalmayıb.
Yanğın 5000 hektardan və perimetri 50 km-dən yayılaraq 70 kmperimetri olan 8000 hektardan çox ərazini əhatə edib. Regional səlahiyyətlilər 12000-dən çox insanın evakuasiya edildiyini deyib.
Tenerife yanğınsöndürmə briqadası bazar günü əvvəllər Twitter kimi tanınan X-də gecə hava şəraitinin "gözləniləndən daha yaxşı olduğunu" bildirib.
Kanar adalarının regional lideri Fernando Clavijo Tenerife tarixindəki ən böyük yanğınsöndürmə əməliyyatının evlərinin itkisinin qarşısını aldığını deyib.
Hava şəraitinin pisləşməsi ilə əlaqədar şənbə günü təxliyələrə göstəriş verilib. Şənbə günü axşam keçirilən mətbuat konfransında Tenerifenin yerli hökumətinin başçısı Rosa Davila yanğını "dağıdıcı" adlandırıb və bunun yeni evakuasiyalara məcbur etdiyini bildirib.
Yanğın çərşənbə günü İspaniyanın ən yüksək zirvəsi olan Teide vulkanının ətrafındakı dağlıq milli parkda başlayıb.
Atlantik okeanında Kanar adaları arxipelaqının bir hissəsi olan Tenerifedəki məşhur turizm bölgələri indiyədək təsirsiz qalıb və onun iki hava limanı normal işləyir.
Bu yay qızmar və quru hava Avropada, o cümlədən iyulda İspaniyanın La Palma adasında və Kanadada qeyri-adi şiddətli meşə yanğınlarına səbəb olub.
Bu ayın əvvəlində Havay adalarının Maui adasında baş verən yanğınlar 110-dan çox insanın həyatına son qoyub və tarixi kurort şəhəri olan Lahaynanı dağıdıb.
Alimlər deyir ki, iqlim dəyişikliyi daha tez-tez və daha güclü ekstremal hadisələrə səbəb olub.
Forum