Accessibility links

Analitiklər: Liviyada münaqişə fırtınanın təsiri ilə daha da dərinləşib


Daniel fırtınası Liviya sahillərində leysan yağışlara səbəb olub, bəndləri aşırıb və minlərlə insanın həyatına son qoyub. Bəziləri bunu indiyə qədər qeydə alınmış ən ölümcül və ən baha başa gələn Aralıq dənizi tropik siklonu adlandırır.

Bunu iqlim dəyişikliyi ilə əlaqəli ən son ekstremal hava şəraiti kimi təsvir edən analitiklər Amerikanın Səsinə deyib ki, Danielin leysan yağışının iki bəndi dağıtması və sahil Derna şəhərinin bütün məhəllələrini su altında qoyması ilə münaqişə, siyasi parçalanma və ictimai infrastruktura etinasızlıq göstərən Liviyanı çıxılmaz vəziyyətə salıb.

Liviya rəsmilərindən biri Associated Press-ə deyib: "Cəsədlər dənizin hər yerində, vadilərdə, binaların altındadır".

Zərər çəkmiş region ilə tanış olan bəzi ekspertlər deyir ki, dağıntıların əhatə dairəsi iqlim böhranının yaratdığı fəlakətdəndaha çoxdur.

Birləşmiş Millətlər Təşkilatının Liviya üzrə xüsusi müşaviri vəzifəsində çalışmış Vaşinqtonun Brukinqs İnstitutunun qeyri-rezident baş əməkdaşı Stefani Uilyams deyib ki, "illər boyu davam edən münaqişə və parçalanma, inzibati xəta və idarəçilik bu çox həssas bölgəyə zərbə vurub".

Səudiyyə Ərəbistanının "Arab News" qəzeti bildirib ki, fırtınanın şiddətindən qaynaqlanan "sarsıdıcı ölüm və dağıntılar" Liviyanın rəqib hökumətlər arasında bölünməsi və "on ildən artıqdır ki, xaosla parçalanmasından" sonra zəifliyini də üzə çıxarıb.

Beynəlxalq Böhran Qrupunun liviyalı baş analitiki Klaudia Gazzini The New York Times qəzetinə deyib: "Son 10 il ərzində Liviya bir müharibədən digərinə, bir siyasi böhrandan digərinə keçib. Son 10 ildə ölkənin infrastrukturuna həqiqətən də çox sərmayə qoyulmayıb".

Vaşinqtonun Yaxın Şərq İnstitutunun analitiki Mələk Eltaeb Amerikanın Səsinə elektron poçtla bildirib ki, münaqişə və iğtişaşlar sosial xidmətlərin ciddi şəkildə zəifləməsinə səbəb olub.

O, paytaxt Tripolidən 900 kilometr şərqdə yerləşən Dernada baş vermiş fəlakət haqqında deyib: "Bəndlər kimi obyektlərin saxlanmaması üçün təəssüf ki, təsirin azaldılması strategiyaları, erkən xəbərdarlıq sistemləri və ya evakuasiya planları yox idi. Hərbi komandir Xəlifə Həftarın qüvvələrinin nəzarətində olan ərazi mülki əhalinin müdafiəsi və ya zərərin azaldılması üçün heç bir tədbir görülməyib".

Çərşənbə axşamı günü mətbuat konfransında çıxış edən Ümumdünya Səhiyyə Təşkilatının sözçüsü Marqaret Harris daşqının "extrimal" olduğunu deyib.

Humanitar qruplar Liviyadan Avropa üçün başlanğıc nöqtəsi kimi istifadə edən 40-dan çox ölkədən olan miqrant və qaçqınların daşqınlara məruz qaldığından narahatlıqlarını ifadə edib.

Forum

XS
SM
MD
LG