Accessibility links

Bayden BMT-dəki çıxışında bir daha Ukraynaya dəstəyini bildirdi


Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında çıxış edən ABŞ prezidenti Co Bayden Rusiyanın Ukraynaya müdaxiləsini BMT Nizamnaməsinin əsas prinsiplərinin - başqa dövlətin ərazisini güc yolu ilə ələ keçirməyin açıq qadağanının pozulması kimi bir daha pisləyib.

“Birləşmiş Ştatlar bütün insanlar üçün daha təhlükəsiz, daha firavan, daha ədalətli bir dünya yaratmağa sadiqdir, çünki gələcəyimizin sizin gələcəyinizlə bağlı olduğunu bilirik. Heç bir ölkə təkbaşına bugünkü problemlərin öhdəsindən gələ bilməz”, - deyə Bayden çıxışında bildirib.

“Rusiya inanır ki, dünya yorulacaq və onun Ukraynaya qarşı amansız davranışına icazə verəcək”. Amma mən sizdən soruşuram ki, təcavüzkarı sakitləşdirmək üçün BMT Nizamnaməsinin əsas prinsiplərindən imtina etsək, nə baş verəcək, hansı üzv dövlət onun müdafiə olunduğuna əminlik hiss edə biləcəkmi? Əgər Ukraynanın parçalanmasına icazə versək, hansı dövlətin müstəqilliyi təmin olunacaq?”

“Cavab-yox. Sabah digər potensial təcavüzkarların qarşısını almaq üçün bu açıq təcavüzlə bu gün qarşı-qarşıya gəlməliyik”, prezident vurğulayıb.

Bayden ABŞ müttəfiqlərinin Ukraynanı dəstəkləmək üçün səfərbər edilməsini Amerikanın xarici siyasətinin mərkəzi komponentinə çevrildiyini deyib. O vurğulayıb ki, dünya Rusiya prezidenti Vladimir Putinə aydın mesaj göndərməlidir: o, Qərblə qarşıdurmada qalib gəlməyəcək.

"Buna görə də Birləşmiş Ştatlar müttəfiqlərimiz və dünyadakı tərəfdaşlarımızla birlikdə öz suverenliyini, ərazi bütövlüyünü və azadlığını müdafiə edən cəsur Ukrayna xalqının yanında olmaqda davam edəcək", Bayden əlavə edib.

O xəbərdarlıq edərək bildirib ki, hazırda Rusiyanın tələb etdiyi sülhün qiyməti “Ukraynanın kapitulyasiyası, Ukrayna ərazisi və Ukraynanın uşaqlarıdır”.

Bayden bazar ertəsi Nyu-Yorkda seçki kampaniyası çərçivəsində keçirilən tədbirdə deyib: “Biz dünyanı Ukraynanın və vahid NATO-nun arxasında topladıq, çünki mən əvvəldən Putinin NATO-nun bir araya gələ bilməyəcəyinə ümid etdiyinə əmin idim”.

Bayden ABŞ-ın qlobal infrastruktur layihələri üçün resursları səfərbər etmək, iqlim böhranı ilə mübarizə aparmaq, BMT və digər beynəlxalq qurumları daha “inklüziv, əlçatan və təmsilçi” etmək üçün islahatlar aparmaq səylərindən danışıb.

Bayden iqlim böhranı, qlobal inkişaf ehtiyacları, Haitidəki münaqişə, israillilər və fələstinlilər arasında sülh perspektivlərinə də toxunub.

Bayden ikinci dəfədir ki, Rusiyanın Ukraynaya qarşı “amansız və mənasız” müharibəni dünya birliyi qarşısında qınayıb. Keçən sentyabrda, işğaldan sonra BMT Baş Assambleyasında ilk çıxışında Bayden BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan Rusiyanı “suveren dövləti xəritədən silmək” cəhdində ittiham etmişdi.

Ötən il BMT-yə üzv olan 140-dan çox ölkə Baş Assambleyanın Rusiyanın Ukraynaya təcavüzünü pisləyən qətnaməsini dəstəkləyib. Lakin uzun sürən münaqişənin qlobal enerji və ərzaq qiymətlərinə zərbə vurmaqda davam etdiyi bir vaxtda, tez-tez Qlobal Cənub kimi qruplaşdırılan aşağı və orta gəlirli dövlətlərdən Moskva və Kyiv arasında sülh danışıqlarını sürətləndirməyə çağırışlar artır.

Azı 145 ölkənin liderlərinin bu həftə Nyu-Yorkda keçirilən illik UNGA iclasında iştirak edir. Fransa, Böyük Britaniya, Çin və Rusiya yüksək vəzifəli rəsmiləri ilə təmsil olunur. Bu o deməkdir ki, Birləşmiş Ştatlar Prezidentinin iştirak etdiyi BMT Təhlükəsizlik Şurasının yeganə daimi üzvüdür.

Ukrayna prezidenti Volodimir Zelenski çərşənbə axşamı Baş Assambleyada birbaşa çıxış edərək öz iddiasını irəli sürmək şansına sahib olacaq. Bu, onun Rusiyanın işğalından sonra dünya qurumu qarşısında şəxsən ilk çıxışı olacaq.

Forum

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG