Qarşılaşa biləcəkləri çətinliklərə baxmayaraq, 3358 yetkin immiqrant arasında aparılan yeni sorğuya görə, Amerikadakı immiqrantlar ABŞ-da doğulmuş amerikalılardan daha optimistdir.
"Onlar dedilər:" Bilirsiniz, mən ABŞ-da problemlərlə üzləşirəm, amma bu, gəldiyim yerdən daha yaxşıdır. Və mənim uşaqlarım üçün hər şeyin daha yaxşı olacağına inamım var”, əvvəllər Kayzer Ailəsi Fondu kimi tanınan, sağlamlıq siyasətinə yönəlmiş qeyri-kommersiya təşkilatı KFF-də baş sorğu analitiki Şennon Şumaxer deyb.
KFF və Los Angeles Times qəzetinin tərəfdaşlığı olan sorğu 2023-cü il aprelin 10-dan iyunun 12-dək aparılıb. Respondentlər sorğuya telefon, poçt və onlayn vasitəsilə cavab verib. Suallar ingilis, ispan, Çin, Koreya, Vyetnam, Portuqal, Haiti-Kreol, ərəb, fransız və Taqaloq daxil olmaqla, ABŞ-da ən çox danışılan 10 dildə cavablandırılıb.
Şumaxerin sözlərinə görə, nəticə bu gün ABŞ-da immiqrantlar arasında aparılan ən əhatəli sorğudur.
İmmiqrantlar ABŞ-da yetkinlərin 16%-ni təşkil edir. Onlar müxtəlif ölkələrdən gəlir və müxtəlif immiqrasiya və sosial-iqtisadi statuslara malikdirlər. Mühacirlərin daha parlaq gələcəyə inamı bəzi immiqrantların işdə və səhiyyə sistemində üzləşə biləcəyi çətinliklərə əsaslanmır.
Sorğuda iştirak edən immiqrantların əksəriyyətinin işi var və təxminən yarısı iş yerində ayrı-seçkilik yaşadıqlarını deyib. Hər 10 nəfərdən 3-ü ABŞ-da doğulmuş həmkarları ilə müqayisədə eyni işi yerinə yetirdiklərinə baxmayaraq, daha az maaş aldıqlarını, yüksəliş və ya maaş artımı üçün daha az imkanlarının olduğunu bildirib.
Sağlamlıq başqa bir problem ola bilər. Son bir ildə hər beş immiqrantdan biri çox vaxt vəsait çatışmazlığı və ya tibbi sığorta olmadığı üçün tibbi xidmətdən imtina edib və ya təxirə salıb.
Şumaxer deyib: “Təxminən hər dörd immiqrantdan biri sağlamlıq xidmətində onlara qarşı haqsızlıq edildiyini məsələn, onlarlaı təhqir və ya hörmətsizliklə rəftar edildiyini deyir”
Sorğu nəticəsində məlum olub ki, qaradərili və ispan immiqrantlar ən çox ayrı-seçkiliklə üzləşirlər.
Tədqiqatçılar potensial iştirakçıları cəlb etmək üçün müxtəlif immiqrant icmaları daxilində təbliğat qrupları ilə işləyib. İmmiqrantlar arasında sorğu keçirməyə çalışmağın özünəməxsus çətinlikləri olub. Məsələn, “ayrı-seçkilik” sözü həmişə müxtəlif mədəniyyətlər və dillər arasında tərcümə olunmur.
Forum