Accessibility links

Artıq çəkili amerikalıların sayı artır


Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzlərinin (CDC) məlumatına görə, Qərbi Virciniya (41%), Luiziana (40,1%) və Oklahoma (40%), bədən kütləsi indeksi (BMI) 40% və ya daha çox olan yetkinlərlə ölkənin ən kök əhalisi olan ştatlardır.

Sağlamlığa əsaslanan xeyriyyə təşkilatı Robert Wood Johnson Fondundan Cemi Bassel deyir ki, "CDC-nin ən son məlumatları dəhşətli görünür. İyirmi iki ştatda böyüklər arasında piylənmə nisbəti 35% və ya yuxarıdır. Bir il əvvəl bu, 19 ştatdamüşahidə edilirdi. On il əvvələ nəzər salsaq, heç bir ştatda yetkinlərdə piylənmə nisbəti 35%-dən yuxarı olmayıb”.

Qərbi Virciniya, Luiziana və Oklahoma ilə yanaşı, piylənmə nisbəti 35% və ya daha yüksək olan 22 ştat Alabama, Arkanzas, Delaver, Corciya, İndiana, Ayova, Kanzas, Kentukki, Missisipi, Missuri, Nebraska, Şimali Dakota, Ohayo, Cənubi Karolina, Cənubi Dakota, Tennessi, Texas, Virciniya və Viskonsindir.

Piylənmənin ən yüksək göstəriciləri orta qərb və cənub, daha sonra şimal-şərq və qərbdə maşaaidə edilib Qaradərililər, ispandillilər, yerli amerikalılar və Alyaska yerliləri arasında piylənmə nisbətləri daha yüksəkdir. ABŞ-ın hər ştatında ən azı 20% piylənmə var.

CDC piylənmənin qarşısının alınması və müalicəsi üçün əlavə dəstəyi "təcili prioritet" adlandırır. CDC-nin Xroniki Xəstəliklərin Qarşısının Alınması və Sağlamlığın Təşviqi üzrə Milli Mərkəzinin direktoru Karen Haker deyib: "Piylənmə yemək rejimi, fiziki fəaliyyət səviyyələri, yuxu rejimi, genetika və müəyyən dərmanlar daxil olmaqla, bir çox amillərin səbəb olduğu bir xəstəlikdir. Bu o deməkdir ki, hər kəsə uyğun bir yanaşma yoxdur. Bununla belə, biz işin əsas strategiyalarına səhiyyə xidmətlərinə çıxış, sağlam və əlverişli qida və fiziki fəaliyyət üçün təhlükəsiz yerlər kimi sağlamlığın əsas sosial determinantlarının həllini əhatə etdiyini bilirik”.

Bassel deyir ki, yoxsulluq içində yaşayan ailələrə kömək etmək üçün daha güclü federal ərzaq proqramları lazımdır.

İllinoys Universitetinin piylənmə ilə bağlı araşdırma aparan kompüter elmləri üzrə professoru Şeldon Ceykobson deyir ki, hökumət insanların hərəkət etməsi üçün ictimai nəqliyyata daha çox sərmayə qoymalıdır.

“Biz avtomobil mərkəzli cəmiyyətik. Biz icmalarımızı şəhərətrafı ərazilər ətrafında qururuq. Biz velosiped sürməkdən, piyada getməkdən və ya hətta ictimai nəqliyyatdan daha çox maşın sürməyə diqqət yetiririk və nəticədə bu, bu hərəkətsizliyin insanları istəsək də istəməsək də kökəlməyə məcbur edir, çünki biz daha az iş görürük", Ceykobson deyib .

Piylənmənin ən aşağı olduğu ştatlar və ABŞ əraziləri Kolumbiya mahalı (24,3%), Kolorado (25%), Havay (25,9%) və Vermontdur (26,8%).

Forum

XS
SM
MD
LG