Accessibility links

Bayden Tel-Əvivdə İsrailə dəstəyini bildirdi, fələstinlilərə 100 milyon dollar yardım elan etdi


Bayden Tel-Əvivdə İsrailə dəstəyini bildirdi, fələstinlilərə 100 milyon dollar yardım elan etdi
please wait

No media source currently available

0:00 0:02:20 0:00

Bayden Tel-Əvivdə İsrailə dəstəyini bildirdi, fələstinlilərə 100 milyon dollar yardım elan etdi

ABŞ prezidenti Co Bayden HƏMAS-ın oktyabrın 7-də İsrail və qrup arasında müharibəyə gətirib çıxaran hücumundan sonra ABŞ-ın müttəfiqi İsrailə dəstək nümayiş etdirmək məqsədilə çərşənbə günü Təl-Əvivə səfər edib. Bayden Qəzza xəstəxanasında yüzlərlə insanın ölümünə və bölgədə etirazlara səbəb olan partlayışa görə kimin məsuliyyət daşıması məsələsində İsraillə həmrəy olaraq, partlayışa terror qruplaşması tərəfindən raket atəşinin səbəb olduğunu bildirib. Qəzzada Əl-Əhli Ərəb xəstəxanasında partlayış ABŞ prezidentinin Əmmanda Fələstin Muxtariyyəti, İordaniya və Misir liderləri ilə zirvə görüşünün təxirə salınmasına gətirib çıxarıb.

Qəzza şəhərində çərşənbə axşamı yüzlərlə insanın ölümünə səbəb olan güclü partlayışın baş verdiyi Əl-Əhli Ərəb xəstəxanasının avtomobil parkından qalanlar budur.

İsrailin baş naziri Benyamin Netanyahuya dəstək göstərmək üçün Tel-Əvivə gələn prezident Co Bayden xəstəxanada baş verən partlayışa görə “dərin kədər və qəzəb” hissi keçirdiyini bildirib.

ABŞ prezidenti Co Bayden: “İndiyə qədər gördüyümüz məlumatlara əsasən bunun Qəzzada terror təşkilatı tərəfindən səhvən raketin atılması nəticəsində baş verdiyi ortaya çıxır”.

Bayden İsrailin Misirdən Qəzzaya humanitar yardımın çatdırılmasına razılaşdığını bildirərək, ABŞ-ın Fələstinlilərə 100 milyon dollarlıq yardım ayırdığını açıqlayıb.

O, İsraili özünü müdafiə etmək üçün lazım olan hər şeylə təmin edəcəyinə söz verib, lakin cavab tədbirləri zamanı təmkinli olmağa çağırıb.

Prezident Co Bayden: “Siz terrorçuların qaydaları ilə yaşamırsınız. Siz qanunun aliliyinə əsasən yaşayırsınız. Münaqişə ədalətli olduqda, siz müharibə qanununa uyğun yaşayırsınız.”

Netanyahu Baydenə verdiyi dəstəyə görə təşəkkür edib.

Onun hökuməti Qəzza zolağına 3000 nəfərin ölümü ilə nəticələnən hava zərbələri endirib və HƏMAS-ın oktyabrın 7-də 1400 nəfərin ölümü ilə nəticələnən hücumuna cavab olaraq, quruda gözlənilən əməliyyatdan əvvəl Qəzzada iki milyon sakindən təxliyyə olunmağı tələb edib.

İsrailin baş naziri Benyamin Netanyahu: “Həmas bütün mülki itkilərə görə məsuliyyət daşıyır və buna görə cavab verməlidir”.

HƏMAS xəstəxanada baş verən partlayışı İsrailin hava hücumu ilə əlaqələndirsə də İsrail bunun İslami Cihad silahlı qruplaşması tərəfindən səhvən atılan raket nəticəsində baş verdiyini bildirib. Qrup hadisəyə görə məsuliyyət daşdığını qəbul etməyib.

Xəstəxana İsrailin hücumlarından qaçan qəzzalılar üçün sığınacaq yeri sayılırdı.

Qəzza sakini: “Bilmirəm, üstümüzə raket düşdü. Biz yerdə uzanmışdıq. Hər şey dağıdıldı, məhv olduq”.

Partlayış və İsrailin HƏMAS-a qarşı cavab tədbirləri Livan, İordaniya, İran, İraq, Tunis və Türkiyə də daxil olmaqla bir sıra ölkələrin şəhərlərində kütləvi etirazlara səbəb olub. Nümayişçilər məsuliyyəti İsrailin üzərinə atıblar.

Bayden Təl-Əvivdə oktyabrın 7-də HƏMAS-ın hücumundan sağ çıxan israillilərlə görüşüb. Baydenin İordaniya, Misir və Fələstin Muxtariyyətinin liderləri ilə görüşmək üçün Əmmana səfəri gözlənilirdi. Lakin zirvə görüşü və səfərin İordaniya hissəsi partlayış səbəbindən ləğv edildi.

Forum

XS
SM
MD
LG