Accessibility links

Bayden Konqresdən İsrail və Ukrayna üçün yardım istəyir


Bayden Konqresdən İsrail və Ukrayna üçün yardım istəyir
please wait

No media source currently available

0:00 0:02:40 0:00

Bayden Konqresdən İsrail və Ukrayna üçün yardım istəyir

Prezident Co Bayden Vaşinqtonun əsas müttəfiqinə dəstək göstərmək məqsədilə Tel-Əvivə səfərdən qayıtdıqdan bir gün sonra cümə axşamı Ağ Evdən Amerika xalqına müraciətində müharibə səyləri fonunda Ukrayna və İsrailin maliyyələşdirilməsinə dəstəyi davam etdirməyə çağırıb.

İsrailin Qəzza zolağının mərkəzindəki Deyr əl-Bələh məscidini xarabalığa çevirən aviazərbələri də daxil olmaqla, hava hücumlarını davam etdirdiyi bir vaxt köçkün fələstinlilər Qəzza zolağının cənubunda çadırlarda sığınırlar.

Prezident Co Baydenin cümə axşamı Tel-Əvivə səfərindən dərhal sonra ABŞ-ın əsas müttəfiqi olan İsrailə, eləcə də Rusiyanın müdaxiləsi qarşısında Ukraynaya dəstək üçün əlavə maliyyə istədiyi müraciətini bu hadisələr fonunda edirdı.

ABŞ Prezidenti Co Bayden: “Həmas və Putin fərqli təhdidləri təmsil edirlər, lakin onların bir ortaq cəhəti var. Hər ikisi qonşu demokratiyanı tamamilə məhv etmək istəyir”.

İsrail HƏMAS militant qruplaşmasının oktyabrın 7-də İsrailin on illərdir davam edən işğalına cavab olaraq 1400 nəfərin ölümülə nəticələnən hücumuna cavab olaraq Qəzzanı bombalaması 3000 insanın həyatını itirməsi və əsasən fələstinli ərəblər olan bir milyondan çox insanın didərgin düşməsinə səbəb olub.

Bayden İsraili dəstəkləməklə yanaşı bildirib ki, Amerika Rusiyanın müdaxiləsinə qarşı mübarizədə Ukraynaya yardım etmək öhdəliyinə də əməl etməlidir.

ABŞ Prezidenti Co Bayden: “Tarix bizə öyrədib ki, terrorçular terrorlarına görə bədəl ödəməyəndə, diktatorlar aqressiyalarına görə bədəl ödəməyəndə onlar daha çox xaos, ölüm və dağıntıya səbəb olur.”

Bayden nə qədər maliyyə istədiyini açıqlamayıb. Məbləğ cümə günü Konqresə təqdim edildikdə məlum olacaq.

Qanunu qəbul etmək üçün Palatada spiker olmalıdır. Bu ayın əvvəlində Nümayəndələr Palatasının keçmiş spikeri Kevin MakKartinin istefasından sonra indiyədək heç bir respublikaçı spikerlik vəzifəsinə seçilmək üçün lazım olan 217 səsi təmin edə bilməyib.

Bu arada İsrail və HƏMAS arasında atəşkəsə çağıran etirazçılar çərşənbə günü ABŞ Kapitoli binasına gəliblər. Reuters/Ipsos-un oktyabrın 16-da keçirdiyi sorğu göstərir ki, respondentlərin 41 faizi ABŞ-ın İsrailin mövqeyini dəstəkləməli olduğunu deyir.

ABŞ Prezidenti Co Bayden: “Dünyanı bir arada tutan Amerikanın liderliyidir. Amerikanın ittifaqları bizi, Amerikanı təhlükəsiz saxlayır”.

Bu arqumentə şübhə ilə yanaşılacaq. Dünyanın müxtəlif paytaxtlarında kütləvi və bəzi hallarda zorakı anti-İsrail və anti-Amerika nümayişləri başlayıb. Bir çox etirazçı ABŞ administrasiyasının Rusiyanın Ukraynanın bəzi hissələrini ilhaq etməsini pisləməsinə baxmayaraq, İsraili ABŞ-ın dəstəyi ilə Fələstin ərazisini ilhaq etməyə davam edən işğalçı qüvvə kimi görür.

Forum

XS
SM
MD
LG