Accessibility links

ABŞ Yaxın Şərqdə eskalasiya riskindən narahatdır


Arxic fotosu - ABŞ dövlət katibi Antoni Blinken və ABŞ müdafiə naziri Lloyd Austin
Arxic fotosu - ABŞ dövlət katibi Antoni Blinken və ABŞ müdafiə naziri Lloyd Austin

Birləşmiş Ştatların yüksək səviyyəli rəsmiləri Yaxın Şərqdə ABŞ hərbi qüvvələrinə qarşı hücumların artması potensialı və İsraillə HƏMAS arasında müharibənin daha geniş bölgədə yayılması riskinin olduğuna inanır. Bu barədə bazar günü ABŞ dövlət katibi Antoni Blinken və müdafiə naziri Lloyd Austin ABŞ mediasına müsahibələrində bildiriblər.

Blinken və Astin Vaşinqtonun bunun qarşısını almağa sadiq olduğunu vurğulayıblar.

NBC News telekanalına müsahibə verən dövlət katibi Blinken İranın və onu dəstəkləyən tərəflərin fəaəliyyətlərinin münaqişənin genişlənməsinə gətirib çıxara biləcəyini qeyd edib.

O, ABŞ-ın oktyabrın 7-də İsrailə təxminən 1400 nəfərin ölümünə səbəb olan hücumu törədən HƏMAS qrupunun daha çox girovu azad edəcəyinə ümid etdiyini bildirib.

“Biz eskalasiyanın potensial olaraq artmasından narahatıq. Əslində, bizim gördüyümüz odur ki, bütün regionda hərbi qüvvələrimiz və insanlarımıza qarşı hücumlar əhəmiyyətli dərəcədə arta bilər”, Lloyd Austin ABC tele kanalına bildirib.

“Əgər hər hansı qrup və ya ölkə bu münaqişəni genişləndirmək və bu son dərəcə mürəkkəb vəziyyətdən istifadə etmək istəyirsə... o zaman bizim məsləhətimiz budur: bunu etməyin,” o əlavə edib.

Bazar günü İraqın qərbində (Ənbar vilayəti) Ayn əl-Əsəd aviabazasına raketlər zərbələri endirilib. Burada ABŞ və digər beynəlxalq qüvvələr yerləşdirilib.

İki hərbi mənbə bazanın daxilində partlayış səsi eşidildiyini bildirib.

Şənbə günü bazanın müdafiə sistemləri baza yaxınlığında iki pilotsuz təyyarəni ələ keçirərək vurub.

Birləşmiş Ştatlar HƏMAS-ın oktyabrın 7-də İsrailə 1400 vətəndaşın ölümü ilə nəticələnən hücumundan sonra İsrailə dəstək məqsədilə Aralıq dənizinin şərqində iki təyyarədaşıyan gəmi yerləşdirib. ABŞ-ın “regional çəkindirmə səylərini gücləndirmək üçün Müdafiə Nazirliyinin bölgədəki mövqeyini gücləndirmək” məqsədilə ən yeni və ən qabaqcıl təyyarədaşıyan USS Gerald R. Ford gəmisi oktyabrın 10-da tam aviadaşıyıcı zərbə qrupu ilə Aralıq dənizinin şərqinə yerləşdirilib.

ABŞ Müdafiə Naziri Lloyd Austin oktyabrın 14-də verdiyi açıqlamada “İsrailə qarşı düşmənçilik hərəkətlərini və ya HƏMAS-ın hücumundan sonra bu müharibəni genişləndirmək üçün hər hansı səyləri dayandırmaq üçün” ikinci təyyarədaşıyan gəminin Aralıq dənizinin şərqində yerləşdirildiyini elan edib. USS Eisenhower və onu müşayiət edən gəmilər HƏMAS-ın oktyabrın 7-də hücumundan sonra yerləşdirilən USS Gerald R. Ford gəmisinə qoşulub.

Forum

XS
SM
MD
LG