Accessibility links

BMT-də İsrail-HƏMAS müharibəsində humanitar atəşkəs çağırışları artıb


Çərşənbə axşamı Birləşmiş Millətlər Təşkilatında İsrail və HƏMAS arasındakı müharibədə humanitar atəşkəs üçün çağırışlar artıb, lakin HƏMAS İsrailə daha çox raket atdığı və İsrail Qəzza zolağında HƏMAS hədəflərini bombardmanını artırdığı üçün müraciətlər çox güman ki, cavabsız qalacaq.

"Öz varlığını məhv etməyə and içən biri ilə atəşkəsə necə razılaşa bilərsən? Necə?" İsrailin xarici işlər naziri Eli Kohen BMT Təhlükəsizlik Şurasının bir çox xarici işlər nazirinin iştirak etdiyi münaqişə ilə bağlı iclasına sual verib.

HƏMAS-ın oktyabrın 7-də İsraildə 1400 nəfərin ölümü ilə nəticələnən terror hücumlarına proporsional cavab verilməsi çağırışlarından Kohen yeganə proporsional cavabın HƏMAS-ın "tam məhv edilməsi" olduğunu deyib və bunun həm İsrailin haqqı, həm də vəzifəsi olduğunu bildirib.

"Bizi bu müharibəyə vadar ediilmişik. Biz bu müharibəni seçməmişik. Amma heç bir şübhəniz olmasın ki, biz qalib gələcəyik. Biz qalib gələcəyik, çünki bu müharibə həyat uğrundadır. Bu müharibə sizin də müharibəniz olmalıdır", Kohen deyib.

ABŞ Dövlət katibi Antoni Blinken deyib ki, beynəlxalq ictimaiyyət HƏMAS-ın terror hücumunu birmənalı şəkildə pisləməlidir.

"Biz soruşmalıyıq - həqiqətən də, soruşulmalıdır - niyə qəzəb yoxdur? Nifrət haradadır? Bəs imtina haradadır? Bu dəhşətləri açıq şəkildə qınamaq niyə yoxdur? , Blinken sual edib.

Onun sözlərinə görə, ölkələr mülki şəxslərin müdafiəsi zərurətində həmfikirdirlər.

"Prezident Baydenin böhranın əvvəlindən aydın şəkildə ifadə etdiyi kimi İsrailin özünü müdafiə hüququ, həqiqətən də, məsuliyyəti var, bunu necə etməsi vacibdir", Blinken əlavə edib.

O qeyd edib ki, humanitar yardım Qəzza sakinlərinə çatmalı və mülki vətəndaşlar zərərdən qorunmalıdır.

İsrailin HƏMAS-ın hücumuna verdiyi cavab nəticəsində fələstinli mülki vətəndaşların itkiləri onun üçün yad olmayan bir bölgədə geniş miqyaslı iztirab və ölümlə nəticələnib. HƏMAS-ın idarə etdiyi Qəzza Səhiyyə Nazirliyi 18 gün ərzində İsrailin bombardmanları nəticəsində 5000-dən çox fələstinlinin öldüyünü deyir.

Fələstin administrasiyasının xarici işlər naziri "bu gün şuradan tələb olunan təcili həll yolu İsrailin təcavüzünü dərhal dayandırmağa və atəşkəsə çağırmaq və Qəzza zolağının bütün hissələrinə humanitar yardımın təmin edilməsi üçün təcili çalışmaqdır, Riyad Əl-Maliki şura üzvlərinə bildirib.

O bildirib ki, heç nə İsrail vətəndaşlarının öldürülməsinə haqq qazandırmasa da, eyni şeyi fələstinlilərin öldürülməsi üçün də söyləmək olar və o, daha çox qətlin İsrailə heç vaxt istədiyi təhlükəsizliyi verməyəcəyi barədə xəbərdarlıq edib.

"Bunu yalnız sülh edə bilər. Fələstin və onun xalqı ilə sülh. Fələstin xalqının taleyi mülksüzləşdirmə, köçkünlük, hüquqların və ölümün inkarı ola bilməz. Bizim azadlığımız ortaq sülh və təhlükəsizliyin şərtidir", Maliki deyib.

Bir neçə ərəb xarici işlər naziri çərşənbə axşamı görüş üçün Nyu-Yorka gedib.

Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan jurnalistlərə deyib ki, humanitar atəşkəs təcilidir.

Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş bütün girovların azad edilməsini asanlaşdırmaq və Qəzzada dinc əhalinin “iztirablarını yüngülləşdirmək” üçün “dərhal humanitar atəşkəs” çağırışını təkrarlayıb.

O, HƏMAS-ın terror hücumunu dəfələrlə və qətiyyətlə pisləyib və heç bir şeyin buna haqq qazandırmayacağını desə də, hücumun boş yerə baş vermədiyini də etiraf etməyin vacibliyini bildirib.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. G7 liderləri Ukraynaya 50 milyard dollar kredit vermək planını qəbul edib
please wait

No media source currently available

0:00 0:09:10 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukrayna sülh sammiti. Azərbaycan və İran münasibətlərinin perspektivi.
please wait

No media source currently available

0:00 0:30:08 0:00
XS
SM
MD
LG