Prezident Co Bayden bazar günü Aralıq dənizinin şərqində hərbi təyyarənin noyabrın 10-da təlim uçuşu zamanı qəzaya uğraması nəticəsində həlak olan hərbçilərin ailələrinə başsağlığı verib.
"Hərbçilərimiz ölkəmiz üçün hər gün həyatlarını və Amerika xalqının təhlükəsizliyini qorumaq üçün özlərini təhlükəyə atır . Onların hər gün nümayiş etdirdikləri cəsarət və fədakarlıq bizdə olan ən yaxşı şeylərin davamlı təcəssümüdür”- deyə, Ağ Evin yaydığı bəyanatda bildirilib.
Dünən Arlinqton qəbiristanlığında keçirilən mərasimdə prezident Naməlum Əsgər məzarı önünə əklil qoyub və çıxışında Amerika hərbçilərinə ölkə qarşısında xidmətlərinə görə minnətdarlığını bildirib.
"Biz bu həftə sonu veteranları şərəfləndirərkən, millətimizə və onların ailələrinə xidmət etmək üçün könüllü olanlar qarşısında müqəddəs məsuliyyətimizi bir daha təsdiqləyirik" prezident bazar günü verdiyi bəyanatda deyib.
Müdafiə naziri Lloyd Ostin də bəyanatla çıxış edib. O vurğulayıb ki, qəzanın səbəbləri araşdırılır.
“Bu ölümlə nəticələnən qəza haqqında daha çox məlumat toplamağa davam edərkən unutmamalıyıq ki, cəsur kişilər və qadınlar ölkəmizin təhlükəsizliyini qorumaq üçün hər gün həyatlarını təhlükəyə atırlar. Onlar Amerikanın ən yaxşılarını təmsil edirlər. Biz onların ölkələrinə xidmətlərini və fədakarlıqlarını heç vaxt unutmayacağıq” - deyə, Pentaqon rəhbəri bildirib.
Forum