Accessibility links

Pentaqon rəhbəri: ABŞ Suriyanın şərqində İranla əlaqəli obyektlərə zərbələr endirib


ABŞ müdafiə naziri Lloyd Ostin bildirib ki, Birləşmiş Ştatlar amerikalı personala qarşı hücumlara cavab olaraq bazar günü Suriyada İranla əlaqəli iki obyektə zərbələr endirib. Bu, üç həftədən az müddət ərzində üçüncü dəfədir ki, ABŞ ordusu Suriyada, Vaşinqtonun Yaxın Şərqdəki qüvvələrinə hücumların artmasında günahlandırdığı müxtəlif silahlı qrupları dəstəkləyən İranla əlaqəli olduğunu dediyi yerləri hədəf alır.

"ABŞ hərbi qüvvələri bu gün Suriyanın şərqində İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) və İrana bağlı qruplar tərəfindən İraq və Suriyada ABŞ personalına qarşı davam edən hücumlara cavab olaraq istifadə edilən obyektlərə dəqiq zərbələr endirib", Ostin bildirib.

"Zərbələr müvafiq olaraq Əlbu Kamal və Mayadin şəhərləri yaxınlığındakı təlim obyektinə və sığınacağa endirilib", o deyib.

ABŞ çərşənbə günü Suriyada Tehranla əlaqəli silah anbarını hədəf alıb, həmçinin oktyabrın 26-da ölkədə İran və ona bağlı təşkilatlar tərəfindən istifadə edildiyini bildirən iki obyekti vurub.

Vaşinqton bildirir ki, zərbələr silsiləsi İraq və Suriyada Amerika qüvvələrinə təkrar hücumlara cavabdır. Hücumlar oktyabrın 17-dən bu yana 45-dən çox ABŞ hərbçisinin yaralanmasına səbəb olub.

Son həftələr ABŞ əsgərlərinə qarşı hücumların artması Fələstin silahlı qruplaşmasının oktyabrın 7-də Qəzzadan 1200-ə yaxın insanın ölümünə səbəb olan transsərhəd hücumu həyata keçirməsi ilə başlayan İsrail və HƏMAS arasındakı müharibə ilə əlaqələndirilir.

İsrail ordusu Qəzzaya amansız hava, quru və dəniz hücumu ilə cavab verib ki, ərazinin səhiyyə nazirliyi 11 100-dən çox insanın ölümünə səbəb olub, Ölümlər Yaxın Şərqdə geniş qəzəb və Vaşinqtona qarşı İranın dəstəklədiyi qrupların tənqidinə səbəb olub.

İslam Dövləti qrupunun yenidən dirçəlməsinin qarşısını almaq üçün İraqda təxminən 2500, Suriyada isə 900 amerikalı əsgər var.

Silahlı qrup vaxtilə hər iki ölkədə əhəmiyyətli ərazilərə sahib idi, lakin çoxillik qanlı münaqişədə beynəlxalq hava zərbələri ilə dəstəklənən yerli quru qüvvələrinin hücumları ilə geri çəkilib.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. G7 liderləri Ukraynaya 50 milyard dollar kredit vermək planını qəbul edib
please wait

No media source currently available

0:00 0:09:10 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukrayna sülh sammiti. Azərbaycan və İran münasibətlərinin perspektivi.
please wait

No media source currently available

0:00 0:30:08 0:00
XS
SM
MD
LG