2024-cü il, 1 yanvardan etibarən 22 ştatda minimum əməkhaqları artacaq. İqtisadi Siyasət İnstitutunun dərc etdiyi son hesabata əsasən, maaş artımlarından 10 milyona yaxın əməkçi bəhrələnəcək.
Merilend, Nyu Cersi və Nyu York ştatlarında minimum maaş bir saata $15 dollar olaraq müəyyən edilib. Bu minimum artıq Kaliforniya, Konnektikut, Massaçussetts və Vaşinqton ştatlarında qüvvədədir və onun qalxacağı gözlənilir.
Paytaxt Vaşinqton şəhərində minimum maaş saata $17 dollardır.
Son maaş artımları nəticəsində amerikalı əməkçilərin toplam olaraq əlavə $7 milyard dollar qazanacağı gözlənilir.
Maaş artımları habelə 38 şəhər və qraflıq hökumətləri tərəfindən təsdiqlənib.
Minimum maaşların federal səviyyədə $7.25 qaldığı halda ştat hökumətləri və yerli bələdiyyələr əmək haqlarının inflyasiyaya uyğunlaşması üçün öz standartlarını müəyyən etməkdə sərbəstdirlər.
17.6 milyon amerikalı əməkçinin hələ də saata $15 dollardan az qazandığı bildirilir. Onların təqribən yarısı hələ də federal minimuma riayət edən 20 ştatda yaşayır. Bunlar arasında Alabama, Luiziana, Mississippi, Cənubi Karolina and Tennessi ştatları yer alır.
İqtisadi Siyasət İnstitutunun hesablamalarına görə, maaş artımlarından bəhrələnən işçi qüvvəsinin 57.9 faizini qadınlar təşkil edir. Ölçülərin qəbul olunduğu ştatlarda 11.1 faiz afro-amerikalıların, 37.9 faiz ispandillilərin artımlardan faydalanacağı güman edilir.
Maaş artımlarının şamil olunacağı adamların 25 faizini valideynlər təşkil edir. Minimum maaş artımının təsir göstərdiyi ailələrdə 5.6 milyon uşağın yaşadığı təxmin edilir.
Forum