Accessibility links

ABŞ Hərbi Dəniz Qüvvələri Qırmızı dənizdə yük gəmisinə hücum edən Husilərin katerlərini batırıb


Birləşmiş Ştatlar bazar günü ABŞ Hərbi Dəniz Qüvvələrinin Qırmızı dənizdə Yəmən husilərinin konteyner gəmisini ələ keçirmək üçün uğursuz cəhddə istifadə etdiyi gəmi əleyhinə raketləri və qayıqları məhv etdiyini bildirib.

Maersk gəmiçilik şirkəti gəmisinin hücuma məruz qalmasından sonra Qırmızı dəniz boğazı ilə daşınmaları 48 saat müddətinə dayandırıb.

Bu hadisə husi militantlarının son altı həftə ərzində mülki gəmilərə etdiyi 20-yə yaxın hücumdan sonuncusu idi.

Hücumlar qlobal ticarətin 12 faizə qədərinin keçdiyi tranzit marşrutunu təhdid edir. ABŞ bu ay Qırmızı dənizdə gəmiçiliyi qorumaq üçün beynəlxalq hərbi-dəniz operativ qrupu yaradıb.

Pentaqon rəhbəri Lloyd Astin tərəfindən yaradılması elan edilən “Prosperity Guardian” əməliyyatı adlanan koalisiyaya ABŞ, həmçinin Böyük Britaniya, İtaliya, Kanada, Niderland, Norveç, Fransa və digər ölkələrin hərbi gəmiləri daxil olacaq.

ABŞ Hərbi Dəniz Qüvvələri Danimarkaya məxsus olan Sinqapur bayraqlı Maersk Hangzhou konteyner gəmisinin təcili çağırışına cavab verib.

Gəmi heyəti Qırmızı dənizdən keçərkən 24 saat ərzində ikinci dəfə hücuma məruz qaldıqlarını bildirib. Bu barədə ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) bəyanatında deyilir.

Bəyanatda Husilərin Amerika helikopterlərini atəşə tutmağa başladığı, onların “özünümüdafiə məqsədi ilə atəşə cavab verdiyi” və gəmiyə 20 metr yaxın olan dörd qayıqdan üçünü batırdığı bildirilir.

Sənədə əsasən, üç qayığın ekipajı məhv edilib. Dördüncü qayıq bu akvatoriyanı tərk edib.

Sinqapurdan Misirin Süveyş limanına gedən Maersk gəmisi husilərin raketi ilə vurulduqdan sonra qəza siqnalı verib.

ABŞ-ın Mərkəzi Komandanlığı bildirib ki, bu, noyabrın 19-dan bəri Husilərin xarici gəmiyə 23-cü qanunsuz hücumu olub.

Maersk açıqlamasında gəminin nəhayət “şimala doğru istiqamətini davam etdirə bildiyi” bildirilib.

Forum

XS
SM
MD
LG